Rusiyadan Azərbaycana qarşı gözlənilməz iddia

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski erməniləri dəstəkləyən açıqlama verib.
Publika.az xəbər verir ki, Jirinovski Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR rejiminin danışıqlarda iştirak etməsinin vacib olduğunu bildirib: "Çünki onların "torpaqlarının” taleyi həll olunur”.
Jirinovski daha sonra qondarma iddia irəli sürərək, Dağlıq Qarabağın SSRİ vaxtında Azərbaycanın tərkib hissəsinə daxil edildiyini bildirib.
O qeyd edib ki, "cansıxıcı danışıqlar nəticəsiz olsa belə, müharibədən daha yaxşıdır”.
"Hesab edirəm ki, postsovet məkanında bütün münaqişələri həll etmək üçün SSRİ-ni bərpa etmək lazımdır”, - deyə o qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















