Prezidentin təyin etdiyi yeni başçı kimdir?

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rövşən İbrahimovla bağlı nəhayət, vikipedik məlumatlar bəlli olub.
Axar.az xəbər verir ki, 19 mayda kollektivə təqdim edilən R.İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək "inşaat mühəndisliyi” ixtisasına yiyələnib.
1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1991-ci ildən "Azneft" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb. ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.
2011-2018-ci illərdə ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamenitinin rəisi vəzifəsində işləyib.
Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, R.İbrahimov Prezident İlham Əliyevin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















