• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Naxçıvanda azad edilən mövqelərimizi çəkdi

Ermənilər Naxçıvanda azad edilən mövqelərimizi çəkdi
30.05.2018 15:47
Ermənistan müdafiə nazirliyi Vayots Dzor vilayətinin Arpa kəndi istiqamətində Azərbaycanın azad etdiyi yüksəkliklərə münasibət bildirib. 

Anews.az ordu.az-a istinadən xəbər verir ki, "Facebook" sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan, öz səhifəsində bildirib ki, Arpa kəndi yaxınlığında Azərbaycan yeni mövqelər qurub. 

"Areni kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərini, fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar", - deyə Tumanyan öz "Facebook" səhifəsində yazıb. 

Nəticədə, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan açıqlama verməyə məcbur olub. 

Erməni jurnalistin "Bəs yeni mövqelərin peyda olduğu doğrudur?" sualına Hovhannisyan bu şəkildəı cavab verib: "Mən bir söz deyə bilmərəm, Azərbaycan öz tərəfində yeni mövqelər qura bilər. Onların mövqeləri, öz dövlətlərinin sərhədləri daxilindədir".

Qeyd edək ki, bu barədə daha öncə erməni hərbi jurnalist, "Hetq" internet nəşrinin baş redaktoru Edik Baqdasaryan da açıqlama vermişdi. 

"Paşinyanın seçiminin niyə məhz Artak Davtyanın üzərində dayandığına təəccüblənirəm. Davtyanın Müdafiə Nazrliyinin 5-cü ordu korpusunun komandanı kimi xidməti böyük bir uğursuzluqdur. Hətta daha öncə onun korpus komandanı vəzifəsinə təyin edilməsi də anlaşılmazlıq yaradır. Ermənistan ordusunun 5-ci korpusunun cavabdehliyi zonasında yerləşən Naxçıvanla sərhəddə baş verənlər də Davtyanın uğursuz fəaliyyətinin nəticəsidir və məhz bunun sayəsində Azərbaycan ordusu öz mövqelərini irəli çəkə və böyük əraziləri nəzarət altına ala bildi", - deyə Baqdasaryan qeyd edirdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol