İrəvandan Naxçıvan istiqamətində yeni təhdid

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə razılaşması var və bu yerinə yetiriləcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər nazirinin müavini Armen Papikyan deyib. Nazir yenidən Azərbaycanın guya Naxçıvan istiqamətində sərhəd xəttini dəyişməyə cəhd etdiyini qeyd edərək, İrəvanın buna hazır olduğunu deyib:
"Əgər siz KTMT-nin nə etməli olduğunu soruşursunuzsa, mən buna cavab verməkdə çətinlik çəkirəm. Lakin razılaşma və icra edilməli müəyyən maddələr var”.
Qeyd edək ki, son günlər Ermənistan tərəfi Naxçıvanla bağlı aktivliyini artırıb. Naxçıvan istiqamətində Azərbaycanı provokasiyaya çəkməyə çalışan İrəvan Azərbaycanın guya bu istiqamətdə hərbi aktivliyi barədə informasiya yaymağa başlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















