• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni mənbələri Azərbaycan ordusunun irəliləməsi haqda - VİDEO

Erməni mənbələri Azərbaycan ordusunun irəliləməsi haqda - VİDEO
04.06.2018 20:38
Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında muxtar respublikanın cənub-şərq istiqamətində mövqelərini bir neçə kilometr irəli çəkərək yeni strateji yüksəklikləri tutması Ermənistanda müzakirə olunmaqdadır.


Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, hərbi-siyasi mövzulardan yazan razm.info portalının əməkdaşı Ermənistanın Vaytsdozor vilayətinin Areni kəndindən reportaj yayıb. Azərbaycan ordusunun irəliləməsindən sonra bu kənd ordumuzun nəzarəti altına keçib, hərçənd reportajda bildirilir ki, Azərbaycan ordusunun yeni mövqelərindən kəndə qədər məsafə 1700 metrə yaxındır. Başqa sözlə, yüngül atıcı silahlarla kəndi vurmaq mümkün deyil, amma kənd iriçaplı silahların atəş məsafəsindədir. Reportajda sakinlər Areni kəndinin ətrafındakı yüksəklikdə Azərbaycan ordusunun yeni postunu nişan verirlər.


Razm.info peyk görüntülərinə əsasən Azərbaycan ordusunun may ayı ərzində necə irəlilədiyini analiz edib. Bildirilir ki, Azərbaycan-Ermənistan sərhədinin həmin istiqamətində vəziyyət mayın 2-dən 27-nə qədər dəyişib. Azərbaycan ordusunun tutduğu yeni mövqelərə doğru qısa müddət ərzində yeni təchizat yolları çəkilib, habelə mühəndis işləri görülüb.


Sayt bildirir ki, araşdırmalar Şərur rayonunun 1992-ci ildə ətraf yüksəkliklərin düşmən nəzarətinə keçməsi nəticəsində tərk edilmiş Günnüt kəndinin və Ermənistanın Areni kəndinin Azərbaycan ordusunun nəzarəti altına keçdiyini göstərir. Azərbaycan ordusunun mövqelərini irəli çəkməsi mayın 2-dən başlayıb, ancaq əsas işlər 17-27 may tarixlərində görülüb.


Habelə Azərbaycan tərəfi göstərilən istiqamətdə 5 yeni yol çəkib, bu yollar yeni mövqelərə aparır. Bundan əvvəl Azərbaycan və Ermənistan silahlı qüvvələrinin mövqeləri arasında məsafə 4.5-5 kilometr idi, hazırda isə məsafə 750-1600 metrə qədər azalıb. Ermənistan ordusunun Günnüt kəndi ətrafındakı postu da daha yüksəkdə yeni mövqelər tutan Azərbaycan ordusunun nəzarəti altına keçib.


Mayın 17-dən sonra Azərbaycan tərəfi Areni istiqamətində mühəndis işləri görüb, şərqə tərəf yeni yol çəkib və iki erməni mövqeyindən yuxarıda yerləşən yüksəkliklərdə möhkəmlənib. Habelə həmin tarixdən sonra Azərbaycan ordusu Arpaçay su anbarının cənub sahilində yeni mövqe tutaraq Areni kəndini nəzarətə götürüb, bu mövqe qonşu erməni postundan bir neçə yüz metr məsafədədir.


Azərbaycan ordusunun yeni mövqelərindən Yerevan-Gorus-Laçın yolunu da nəzarət altında saxlamaq mümkündür. Sosial şəbəkələrdə ermənilər Azərbaycan ordusunun irəliləməsindən və strateji yüksəklikləri tutmasından ciddi təşviş ifadə etməkdədir, habelə əhalini sakitləşdirməyə çalışan Müdafiə Nazirliyinin mövqeyi tənqid olunur.


Virtualaz.org Naxçıvan istiqamətdə tutulan yeni mövqelər barədə Google Earth vasitəsilə çəkilmiş fotoları ("Vkontakte" sosial şəbəkəsindəki "Hərbi xəbərlər" qrupundan götürülüb) və razm.info saytının Areni kəndindən reportajını təqdim edir.
 
 








www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol