• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda hakimiyyət parçalandı: Bakı bu planı İŞƏ SALIR

İrəvanda hakimiyyət parçalandı: Bakı bu planı İŞƏ SALIR
08.06.2018 11:32
Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəlsə də, parlamentdə əsas çoxluq hazırda müxalifətə keçən Respublika Partiyasındadır. Bu isə faktiki olaraq, İrəvanda ikihakimiyyətliliyin yaranmasına səbəb olub. Paşinyanın dünən açıqladığı hökumətin proqramında növbədənkənar parlament seçkilərinin keçirilməsini əsas prioritetlərdən biri elan edilib. Nikolun əsas hədəfi seçkini keçirərək, parlamentdəki çoxluğu Respublika Partiyasından almaqdır. Lakin növbədənkənar seçkilər bu ilin sonunda nəzərdə tutulub və İrəvanda həmin müddətə qədər ikihakimiyyətlilik davam edəcək.

Publika.az-ın xəbərinə görə, Ermənistan mediası Respublika Partiyasının qanunverici orqanda çoxluq təşkil etməsinin yeni hökumətin işinə ciddi maneələr yaratdığını yazır. Erməni ekspertlər isə hakimiyyətin ikiyə bölünməsinin Dağlıq Qarabağ məsələsində İrəvanın mövqelərinə ciddi zərbə vurduğunu deyirlər.

Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan separatçı rejimin keçmiş "xarici işlər naziri”, politoloq Arman Melikyan iddia edir ki, Azərbaycan İrəvandakı ikihakimiyyətlilikdən istifadə edərək, münaqişəni hərbi yolla həll etmək planını işə salacaq.

Melikyan Azərbaycanın güclü şəkildə hərəkətə keçdiyini və bu situasiyada Ermənistanın zəif olduğunu qeyd edib.

"Azərbaycan hərbi fəallığı artırır, bunun əsas səbəbi Ermənistanın mövqelərinin zəif olmasıdır. Azərbaycan Ermənistandakı ikihakimiyyətlilikdən münaqişənin hərbi yolla həlli planını həyata keçirmək üçün istifadə edə bilər”, - deyə erməni politoloq Ermənistanda hazırda müxalifətə keçən Respublika Partiyasının parlamentdə çoxluq təşkil etməsinə işarə edib.

A.Melikyan əlavə edib ki, Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi cəlb etməsi ilə bağlı siyasi proqramı yoxdur: "İrəvanın bu istəyi dağıdıcı davranış və siyasi şantaj kimi qəbul ediləcək”.

Onun sözlərinə görə, danışıqlar prosesi ilə tanış olmaq üçün Paşinyana vaxt lazımdır: "Bu müddətdə də dönüş qərarları haqqında bəyanatların səslənməsi olduqca zərərlidir, xüsusilə Ermənistanda mövcud olan ikihakimiyyətlilik şəraitində. Hesab edirəm ki, Ermənistanın xeyri üçün hakimiyyət yeni vəziyyət yaratmalıdır. Mən bunu həmişə deyirdim, lakin Serj Sarkisya hakimiyyəti bunu etmirdi. Çünki Sarkisyan ərazilərin qaytarılması ilə razılaşmışdı”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol