• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın Qarabağ "şübhəsi" ilə bağlı - Bəyanat

Paşinyanın Qarabağ "şübhəsi" ilə bağlı - Bəyanat
11.06.2018 10:11
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Ermənistanın baş naziri Nikol Paşinyanın 2018-ci il iyunun 7-də Ermənistan Respublikasının Milli Məclisində çıxışı ilə əlaqədar bəyanat verib.

Platformadan Axar.az-a verilən məlumata görə, bəyanatda qeyd olunub ki, 2018-ci il iyunun 7-də Ermənistan Milli Məclisində hökumətin proqramını təqdim edərkən, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanda potensialın olmasına şübhə etdiyini bildirib.

"Xalqlarımız arasında ədalətli sülh və barışığın davamlı təmin olunması və dəstəklənməsi məqsədilə 2016-cı ildə Azərbaycan və erməni xalqlarının nümayəndələrinin təşəbbüsü ilə yaradılan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, təəssüflə qeyd edir ki, cənab baş nazirin bu sözləri xalqlarımız arasında düşmənçiliyin alovlanmasına səbəb ola və sülhməramlı potensialın inkişafına maneələr yarada bilər. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması fəaliyyəti dövründə münaqişə nəticəsində Azərbaycanı tərk etmiş onlarca erməni millətindən olan şəxslərə doğma və əziz yerlərini ziyarət etmək, qohumları və dostları ilə görüşmək imkanlarını yaradıb və yaratmaqdadır. Onların Azərbaycana səfərləri və sülh yolu ilə keçmiş əlaqələrini bərpa etmək istəyi, eləcədə Azərbaycan cəmiyyətində onlara göstərilmiş səmimi qarşılama xalqlarımızın sülhməramlı potensialının mövcudluğunun və bu tükənməz resursdan istifadə edilməsinin zəruriliyinin ən yüksək sübutudur.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının iki qonşu xalq arasında inamın bərpasına yönələn fəaliyyətləri müxtəlif ölkələrin vətəndaş cəmiyyəti və beynəlxalq qurumlar arasında geniş dəstək qazanıb. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bu gün əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinin, tərəflərin arasında gərginliyin azaldılmasının və qarşılıqlı etimad yaratma mexanizmlərinin inkişaf etdirilməsinin əsas təşəbbüskarıdır.

Biz baş nazir cənab Nikol Paşinyanın bəyanatlarının erməni xalqının sülhməramlı təşəbbüslərinə qarşı çıxmaq cəhdi olduğuna inanmaq istəmirik. Biz əminik ki, nə Azərbaycan, nə Ermənistan cəmiyyətlərində etnik və dini zəmində nifrət və düşmənçilik mövcud deyil. Və Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun olaraq tezliklə sülh və ədalətlə həll olunmalıdır.

Ermənistanda siyasi proseslər və hökumətdəki dəyişikliklər müsbət yeniliklərə ümid verir. Həm ölkənin yeni rəhbərliyi, həm də Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı anlaşmaya nail olmaq, danışıqları bərpa etmək və Ermənistan və Azərbaycan arasında sülh və əmin-amanlığın bərqərar olmasına dair bütün səylərini səfərbər etməlidirlər”, - bəyanatda bildirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol