• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel döyüşlərində ayaqlarını itirən qazinin kredit problemi

Aprel döyüşlərində ayaqlarını itirən qazinin kredit problemi
13.06.2018 15:07
Aprel döyüşlərində böyük qəhrəmanlıq nümayiş etdirən və düşmənin 40-dan çox canlı qüvvəsini məhv edən qazi Mənəfov Səməndər Müqavimət oğlu çıxılmaz vəziyyətdə qalıb.

Yenicag.az xəbər verir ki,  2015-ci ildə ev almaq məqsədi ilə Azərbaycan Beynəlxalq Bankından 15 min manat kredit götürən Mənəfov Aprel döyüşlərində minaya düşüb, ayağını itirdikdən sonra onu ödəməkdə çətinlik çəkib.

Bu barədə saytımıza Mənəfov Səməndərin özü açıqlama verib:

"2015-ci ildə ev almaq məqsədi ilə Beynəlxalq Bankdan 15 min manat kredit götürdüm. 2016-cı ildə döyüşdə yaralanmamışdan öncə bir il ərzində krediti vaxtı-vaxtında ödəmişəm. Hər ay 600 manat verirdim. Tərxis olunana qədər kartımdan pul çıxılıb. Lakin məlum səbəblərdən sonradan krediti ödəyə bilmədim. Heç kim heç nə demirdi. Sonradan işə düzəldim. Yenə başladılar pulu tutmağa. Getdim Beynəlxalq Banka, öyrəndim ki, məbləğ şişib 26 min manat olub. Məbləğin üstünə faizlər gəlib. Sonradan mənim kreditim "Aqrarkredit” Səhmdar Kredit Təşkilatına yönəldildi. İndi isə faizlər silinib, məbləğ 14 min manat olub. Mənə zəng etdilər ki, nə etmək fikrin var? Mən də "ödəyə bilmirəm” dedim. Dedilər, məsələyə baxacağıq, ya səni məhkəməyə verəcəyik, ya da ödəniş zaminlərindən tutulacaq. Kreditin bağışlanıb-bağışlanmaması sual olaraq qalır. Bunun üçün bir sıra aidiyyatı qurumlara müraciət etmişəm, amma bir xeyiri yoxdur”.

Məsələ ilə bağlı "Aqrarkredit” Səhmdar Kredit Təşkilatı ilə də əlaqə saxladıq. Özünü Ağamir kimi təqdim edən "Aqrarkredit”in rəsmisi soyadını açıqlamasa da, məsələyə qısa-konkret münasibət bildirib bizimlə sağollaşdı:

"Kredit faizlə verilir. Kreditin öz qaydaları, prinsipləri var. Bu, bütün dünyada belədir. Bankın kiməsə güzəştə getməsi isə daxili qaydalara aiddir. Qoy həmin şəxs müraciət etsin, ondan sonra məsələyə baxsınlar. Biz dövlət təşkilatıyıq”.

Bundan başqa Aprel döyüşlərində iki ayağını itirən qazinin nəqliyyat problemi də var. O, dəfələrlə Sosial Müdafiə fonduna müraciət etsə də, müsbət cavab ala bilməyib: "Əslində, mənə əlillər üçün nəzərdə tutulan avtomobil verilməlidir. Çünki nə piyada gəzə, nə də avtobusdan istifadə edə bilirəm. Sosial Müdafiə Fonduna müraciət etsəm də, məni növbəyə götürən yoxdur. Dəfələrlə qəbulda olmuşam, amma bunların heç biri fayda verməyib. Bəhanə gətirirlər ki, avtomobil növbəsi dayandırılıb. Baxıram siyahıya ki, 2018-ci ildə növbəyə adam götürüblər, amma məni qeydə almırlar. Ya pul istəyirlər, ya da bilmirəm…”

Qeyd edək ki, 1990-cı ildə Kürdəmirin Xınıslı kəndində anadan olan Səməndər Mənəfov 2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2007-ci ildə liseyi bitirən Mənəfov, təhsilini Heydər Əliyev adına Hərbi Akademiyada davam etdirib.

O, 2011-ci ildə Ali Hərbi Məktəbi baş leytenant rütbəsilə bitirərək N saylı hərbi hissəyə təyinat alıb. 2012-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrin kursuna qatılıb, 6 aylıq kursu uğurla bitirərək, XTQ sıralarına qoşulub. Türkiyədə sərbəst paraşüt kursunu uğurla tamamlayıb.

2013-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, eyni zamanda da Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.  Düşmənin hücumunun qarşısını aldığına və xeyli canlı qüvvəsini məhv etdiyinə görə Azərbaycan Respublikası prezidenti adından qiymətli hədiyələrlə mükafatlandırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol