• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev ədliyyə naziri ilə görüşdü

İlham Əliyev ədliyyə naziri ilə görüşdü
23.06.2018 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Əlcəzair Xalq Demokratik Respublikasının Ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Əlcəzairin Ədliyyə naziri Tayeb Louhun Azərbaycanda çoxlu sayda məhsuldar görüşlər keçirməsindən məmnunluğunu ifadə edib, nazirlər səviyyəsində qarşılıqlı səfərləri ədliyyə sahəsində əməkdaşlığın uğurlu inkişafının göstəricisi kimi dəyərləndirib.

Azərbaycanın Əlcəzair ilə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu deyən dövlət başçısı vurğulayıb ki, siyasi əlaqələr çox yaxşı səviyyədədir, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəyə toxunan Prezident İlham Əliyev keçən il ölkədə "İslam Həmrəyliyi İli”nin elan olunduğunu, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd edib. Dövlət başçısı ikitərəfli münasibətlərimizin növbəti mərhələsində iqtisadi əməkdaşlıq məsələlərinə daha çox diqqət yetirilməsinin və ticarət dövriyyəsinin artırılmasının vacibliyini bildirib. Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi, o cümlədən insanlar arasında əlaqələr, turistlərin qarşılıqlı səfərləri böyük önəm daşıyır. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf ediləcəyinə əminliyi ifadə edib.

Ədliyyə naziri Tayeb Louh Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və eyni zamanda, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini dövlət başçısına çatdırıb. O qeyd edib ki, Əlcəzair Prezidenti dövlət başçısına fəaliyyətində yeni-yeni uğurlar və Azərbaycan xalqına Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə davamlı inkişaf və tərəqqi arzulayır. Tayeb Louh bildirib ki, Əlcəzair dövlətinin başçısı Azərbaycan ilə münasibətlərin inkişafına yüksək diqqət yetirir və bu istiqamətdə müvafiq tapşırıqlar verib. Nazir iki ölkə arasında tarixi əlaqələrin mövcud olduğunu və bu əlaqələrin getdikcə uğurla inkişaf etdiyini vurğulayıb.

Dövlət başçısı Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikri mübadiləsi aparılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol