• $
  • €
  • ₽
  • ₺
  • £

Mettis və Pompeo Bakıya gəlir – Bölgəmizdə nələr olur?

Mettis və Pompeo Bakıya gəlir – Bölgəmizdə nələr olur?
13.07.2018 14:14
NATO-nun Brüssel sammitinin dünyada olduqca mürəkkəb proseslərin baş verdiyi, geosiyasi qütblər arasındakı ziddiyyətlərin dərinləşdiyi, təhlükəsizlik məsələlərinin həyati əhəmiyyət daşıyan bir faktora çevrildiyi bir dönəmdə baş tutması, şübhəsiz ki, bu zirvə görüşünün önəmini daha da artırır. Azərbaycan prezidentinin sammitə dəvət olunan ali qonaqların sırasında olması, dövlət başçımıza və onunla birlikdə Brüsselə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvlərinə xüsusi münasibətin göstərilməsi mühüm və diqqətə alınası bir məqam kimi qiymətləndirilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, səfər çərçivəsində Azərbaycan prezidenti ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında görüş də keçirilib:

"Görüş zamanı müzakirə olunan məsələlər və Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin aparıcı istiqamətlərini müəyyənləşdirən "Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması ikitərəfli əlaqələrin intensiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Ceyms Mattislə görüşləri, Pompeo və Mattisin Azərbaycana səfər edəcəklərini bildirmələri, qənaətimə görə, Bakı-Vaşinqton münasibətlərinin yeni və perspektivli bir mərhələyə qədəm qoyduğundan xəbər verir”.

Analitik vurğulayıb ki, NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunması Prezident İlham Əliyevin və təbii ki, Azərbaycanın böyük uğurudur:

"NATO-nun Brüssel sammiti öncəsi erməni lobbisinin apardığı total kampaniyaya rəğmən Nikol Paşinyanın təşəbbüslərinin iflasa uğraması, Azərbaycan prezidentinin mövqeyinin əsas götürülməsi işğalçı ölkəyə və onu hərtərəfli himayə edən neoimperialist, ambisiyaları ilə imkanları üst-üstə düşməyən, dünyanın siyasi xəritəsində yer aldığı gündən "tazıya qov, dovşana qaç” deyən şər və nifaq mərkəzlərinə ciddi mesaj kimi qəbul olunmalıdır. Hesab edirəm ki, NATO-nun Brüssel sammitinin yekunları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılacaq danışıqlar prosesinə öz təsirini göstərəcək və bəzi qüvvələrin "ərazi bütövlüyü” və "öz müqəddəratını təyin etmə” prinsipləri arasında ənənəvi manipulyativ davranışlarını da məhdudlaşdıracaq”.

Analitik Prezident İlham Əliyevin səfərini istər Azərbaycan-Avropa İttifaqı, istərsə də ölkəmizin NATO və alyansa üzv olan aparıcı dövlətlərlə münasibətləri baxımından dəyərləndirib:

"Qeyd olunan istiqamətlərdə Prezident İlham Əliyevin öz məqsədlərinə çatmaq üçün maksimum nəticə əldə etdiyi görünür. Ermənistan baş nazirinin sammit çərçivəsində atdığı bütün addımlar isə, daha öncə qeyd etdiyim kimi, fiaskoya uğradı. Bu isə həm Avropa Birliyinin, həm də NATO-nun Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu, Ermənistana isə ciddi tərəfdaş kimi yanaşmadığını bir daha ortaya qoydu”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol