• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxülislam Gəncə hadisələrindən danışdı: “O adam kafirdir”

Şeyxülislam Gəncə hadisələrindən danışdı: “O adam kafirdir”
14.07.2018 11:17
"Terrorun İslam dinində heç bir yeri yoxdur. İsada da, Musada da, Məhəmməd peyğəmbər səllalahu aleyhi və səlləmin gətirdiyi Quranda da bir insanı qətl etmək, müqəddəsliyə əl uzatmaq Allaha qarşı üsyandır. O adam kafirdir".

Teleqraf.com-un məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gəncə hadisələri barədə danışarkən deyib.

QMİ sədri qeyd edib ki, cəmiyyətdə dini ayrı-seçkilik müzakirə mövzusu ola bilməz: "Dünyada baş verən hadisələrə, eləcə də yaxın qonşular və başqa ölkələrə baxanda görürük ki, bəzi qüvvələr İslamdan öz məqsədləri üçün istifadə edirlər. Əslində İslam sülh, qardaşlıq, dəyanət, dostluq dinidir. Dini məsələlərin yetərli olmadığını söyləmək yanlış haldır. Xüsusən Gəncədə Sovet dövründə təkcə " İmamzadə” və "Şah Abbas” məscidi vardı, bu gün isə onlarla məscid fəaliyyət göstərir. O məscidlər açıqdır, ibadətə yararlıdır. İnsanlar gedib ibadət edirlər, heç bir təzyiqə məruz qalmırlar. Şəxsən özüm oradan heç bir şikayət eşitməmişəm. Gəncə ziyarətgahı "İmamzadə”nin tarixi haqda dövlət rəhbərinə məlumat verdim, dördüncü İmamın oğlu Seyid İbrahimin kim olduğunu öyrənəndə prezident həzrətləri qərara aldı ki, "İmamzadə” gözəl şəkildə tərtib olunsun. Çoxlu miqdarda vəsait ayrıldı. Ölkə başçısı "İmamzadə”dəyə xüsusi diqqət yetirir”.

Allahşükür Paşazadə bildirib ki, din xadimləri moizələrində təxribatların mahiyyətini dindarlara çatdırır və bu iş sistemli xarakter alaraq daha da təkmilləşdiriləcək: "Çünki düşmən daim oyaqdır. Biz bu dövlətdə yaşayarıq, balalarımız qanlar bahasına dövlətimizi qoruyub, Vətən yolunda canlarını qurban veriblər. 20 faiz torpaqlarımız zəbt olunub. Bu gün də bizə qarşı məkrli hiylələr aparılır. Əleyhimizə gedən işlərin qarşısını almaq üçün dövlətimiz möhkəm olmalıdır. Bu gün Azərbaycanda dövlətlə xalqın birliyi var. Biz rəhbərimizin ətrafında olmalıyıq. Həmişə dindardarlarımız prezident İlham Əliyev həzrətlərinə dəstək olub və bundan sonra da inşallah ona dəstək olacağıq”, - deyə Şeyxülislam vurğulayıb.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol