• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan hakimiyyəti çökür – Yeni inqilabın anonsu verildi

Paşinyan hakimiyyəti çökür – Yeni inqilabın anonsu verildi
24.07.2018 14:19
Ermənistanda yaşayan insanlar hakimiyyətə qarşı mübarizədə ixtisaslaşıblar. İndi cəmiyyət istənilən hakimiyyəti devirmək gücündədir və bu, Baş nazir Nikol Paşinyanın qiyamçı komandası üçün təhlükəlidir. Baş qaldıran etirazlar fonunda belə təəssürat yaranıb ki, yeni hakimiyyət piramidası da artıq çökməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "İrates” qəzeti yazır.

Qəzet qeyd edir ki, çatlar Paşinyanın komandasının həm daxili, həm də xarici siyasətində nəzərə çarpır:

"Bu, çat ilk növbədə xarici siyasətdə daha güclüdür. Məsələn, Moskva və İrəvan arasında gedən hibrid müharibə yaxın gələckdə Ermənistan və Rusiyanı üz-üzə qoya bilər.

ABŞ, yaxud Qərb istiqamətində də vəziyyət ürəkaçan deyil. Hakimiyyət səviyyəsində ABŞ və Kanadaya edilən turlar nəticə vermədi. Düzdür, Qərb Paşinyana dəstəyini ifadə edir. Lakin bu, Ermənistana investisiya qazandırmır. Üstəgəl, Avropa İttifaqı Ermənistan üçün ayırdığı maliyyə yardımını ("Svitalski paketi”) geri çəkmək istəyir. Ermənistan beynəlxalq güclərin maraq mərkəzindədir. Bəs Ermənistan yeni və daha maraqlı ssenarilərə hazırdırmı?”.

"İrates” iddia edir ki, Paşinyanın şübhəli ritorikası onun özünü dolaşıq vəziyyətə salıb və o, təkbaşına oynamaq qərarına gəlib: "Digər tərəfdən, Paşinyanın daxili siyasi qüvvələrlər və media ilə də problemləri var. Paşinyana qarşı böyük mübarizə artıq başlayıb. Bu mübarizənin mərkəzində dayananlardan biri Daniyel İonnasiyandır, qalanları da xalça altındadır. Hər halda baş verənlər Paşinyan üçün xoşagələn deyil”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol