• $
  • €
  • ₽
  • ₺
  • £

Merkellə Bakıya gələn jurnalist özünü biabır etdi

Merkellə Bakıya gələn jurnalist özünü biabır etdi
25.08.2018 23:40
Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin birgə mətbuat konfransı zamanı alman jurnalistlərindən birinin verdiyi sual göstərdi ki, o harada – Azərbaycanda, yoxsa Əfqanıstanda olduğunu bilmir, amma bizə demokratiya dərsi keçmək istəyir.

Anews.az AzərTac-a istinadla jurnalistin sualını olduğu kimi təqdim edir:

"Bu yaxınlarda, müxalifət lideri İlqar Məmmədov azadlığa buraxılıb. Araşdırma aparan bir çox jurnalist, o cümlədən Əfqan Muxtarlı həbsdə qalır. Buna görə, Avropa Şurası sizi tənqid edir. İndicə istinad etdiyiniz kimi, Almaniya və Avropa İttifaqı ilə bu cür sıx iqtisadi əməkdaşlıqla, siz Avropa Şurasında Əfqanıstan kimi özünüz üzərinizə götürdüyünüz öhdəlikdən irəli gələrək, bir daha insan hüquqları standartlarına doğru addımları atmağa başlayacaqsınızmı?”

Almaniya kimi inkişaf etmiş bir ölkənin özünü hamıdan üstün sayan KİV nümayəndəsinin harada olduğunun fərqinə varmaması həm təəccüb doğurur, həm də inanılmaz görünür. Bu, onun qeyri-peşəkarlığının, savadsızlığının göstəricisidir, yoxsa sayğısızlığının? Demək çətindir. Hər halda öz ölkəsinin hökumət başçısının səfərini işıqlandıran bir jurnalistin bu cür kobud səhvi gülünc görünür, Almaniya mediasının üzərinə kölgə salır.

İndiki halda inandırıcı görünən odur ki, bu sual Azərbaycanı sevməyən, onun demokratik inkişafını gözü götürməyən hansısa dairələrin sifarişidir və onlar tərəfindən hazırlanaraq jurnalistə ötürülüb. O da fərqinə varmadan Azərbaycan əvəzinə Əfqanıstan deyib. Bu cür jurnalistlərə məsləhət görərdik ki, səfər etməzdən əvvəl heç olmasa hara getdiklərini öyrənsinlər. Yoxsa Bakıda olduğu kimi, özlərini gülünc vəziyyətə salarlar.

Azərbaycan Prezidenti növbəti dəfə öz yüksək mədəniyyətini nümayiş etdirərək bu səhvi müxbirin üzünə vurmadı. Öz ətraflı cavabı ilə Azərbaycanın demokratik dəyərlərə sadiq ölkə olduğunu, bütün azadlıqların, o cümlədən söz və mətbuat azadlığının təmin edildiyini, fərqli baxışa görə heç kimin təqib olunmadığını, heç kimin cəzalandırılmadığını konkret faktlarla əsaslandırdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol