• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet - VİDEO

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet - VİDEO
16.10.2018 14:05
Türkiyənin "Haber Global” telekanalı Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan dövlətinin başçısı postundakı 15 illik fəaliyyəti ilə bağlı süjet hazırlayıb.
A24.Az xəbər verir ki, ölkəmizin nailiyyətlərini təsvir etmək üçün 2003 və 2018-ci illəri müqayisə edən telekanal qeyd edib ki, İlham Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən inkişaf strategiyasını yaradıcı şəkildə davam etdirir və Azərbaycanı regionun güclü ölkələrindən birinə çevirib.

Belə ki, "Haber Global” Azərbaycan iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft sektorunun 2,8 dəfə, sənaye istehsalının 2,6 dəfə, kənd təsərrüfatının 1,7 dəfə, qeyri-neft ixracının 4,1 dəfə artmasına diqqət çəkib.

Azərbaycanda valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara qədər artıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya yatırılıb.

Enerji sahəsində nailiyyətlər vurğulanır, artıq həyata keçirilən böyük enerji layihələri qeyd edilir: Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri (2006-cı il) və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri (2007-ci il).

Telekanal dəyəri 40 milyard dollardan çox olan "Cənub Qaz Dəhlizi” miqyaslı layihəsinə, onun bir hissəsi sayılan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasiminə və cədvəl üzrə icrasına başlanılan Trans-Adriatik boru kəməri layihəsinə (TAP) diqqət çəkib.

Süjetdə ötən il "Əsrin müqavilıəsi”nin müddətinin 2050-ci ilədək uzadılmasını xatırladılır (1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” müqaviləsi imzalanıb).

Telekanal 2017-ci il oktyabrın 30-da açılış mərasimi keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunu misal gətirərək, beynəlxalq nəqliyyat arteriyaları haqqında danışır.

"Azərkosmos” ASC-nin açılışı (2010-cu il) və Azərbaycan tərəfindən üç peykin buraxılmasına diqqət yetirilir: 2013-cü ildə orbitə ilk Azərbaycan telekommunikasiya peyki olan "Azerspace-1”, 2014-cü ildə "Azersky”, bu ilin sentyabrında isə daha bir telekommunikasiya peyki olan "Azerspace-2” buraxılıb.

Süjetdə qeyd edilir ki, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələri planetin 50 ən güclü ordusu sırasına daxil olub.

2016 və 2018-ci illərdə Azərbaycan ordusu Ermənistan tərəfindən cəbhə xəttində növbəti hərbi təxribatla üzləşdi, əks-hücuma keçdi və torpaqlarının bir hissəsini işğaldan azad etdi.

"Haber Global” qeyd edib ki, 15 il ərzində Ermənistan işğalçı kimi tanınıb, beynəlxalq təşkilatlar isə işğal

Azərbaycanın beynəlxalq nüfuzu artır. Belə ki, 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Süjetdə qeyd edilib ki, Odlar yurdu göstərilən müddətdə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib, bunlara misal kimi "Eurovision” (2012-ci il), tarixdə ilk Avropa oyunları (2015-ci il), IV İslam Həmrəyliyi oyunlarını (2017-ci il) göstərmək olar.

2016-cı ildən Bakıda hər il "Formula-1” yarışları təşkil edilir, 2020-ci ildə isə Azərbaycan paytaxtında futbol üzrə Avropa çempionatının oyunları keçiriləcək.

Telekanal qeyd edib ki, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan və Türkiyə qardaşlığı daha da möhkəmlənib.

Süjetdə Azərbaycan prezidentinin həyat yoldaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin həyatında aktiv rolundan və İlham Əliyevin övladlarından – qızları Leyla, Arzu və oğlu Heydər Əliyevdən danışılır./olke.az
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol