• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Ağ Evin Qarabağ planını qəbul edir: "Torpaqları qaytar!" tələbinin pərdəarxası

Paşinyan Ağ Evin Qarabağ planını qəbul edir: "Torpaqları qaytar!" tələbinin pərdəarxası
24.10.2018 09:29
"Barak Obama administrasiyası dövründə Rusiyanın yumşaq qarınaltısı, yaxud da arxa bağçası sayıla biləcək regionlara çox da nüfuz edilmirdi. Amma Donald Trampın dövründə Rusiya ilə ciddi mübarizə gedir və bu mübarizədə çalışırlar ki, Rusiyanın sərhədləri boyu mövcud olan post-sovet respublikaları hissə-hissə, tədricən təsir altına alsınlar”.

Publika.az-a açıqlamasında bu sözləri politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini şərh edərkən deyib.

Ukrayna və Gürcüstanın demək olar ki, Qərbin təsiri altında olduğunu və Qərbə doğru inteqrasiya proseslərinin getdiyini deyən politoloq Cənubi Qafqaz regionunda geostrateji cəhətdən ən əhəmiyyətli ölkənin Azərbaycan olduğunu bildirib. O, ABŞ, eləcə də NATO-nun Əfqanıstandakı qoşun kontingentinin təchizatında ən qısa yolun Azərbaycan üzərindən keçdiyini deyib:

"Son illər Rusiya üzərindən Əfqanıstana yüklərin buraxılmaması Azərbaycanın əhəmiyyətini daha da artırıb. Azərbaycanın coğrafi və geostrateji önəmi, həmçinin bölgədə ən inkişaf etmiş dövlət olması sözsüz ki, ABŞ-ın diqqətini cəlb edir. Bundan başqa, nəzərə alsaq ki, Azərbaycan Qərb üçün mühüm nəqliyyat qovşağı və enerji mənbəyidir, o halda ölkəmizin əhəmiyyətini daha yaxşı anlamaq olar. Azərbaycan öz strateji mövqeyinə görə Qərb üçün əvəzedilməz ölkədir. Bu nöqteyi-nəzərdən respublikaçıların, Donald Tramp administrasiyası dövründə Azərbaycana diqqət xeyli, hətta deyərdim ki, ölçüyəgəlməz dərəcədə artıb”.

Com Boltonun Bakıya səfərində Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyalar təqdim edə biləcəyi barədə Rusiya, eləcə də erməni ekspertlərinin fikirlərinə toxunan Q.Hüseynli Vaşinqtonun münaqişənin tənzimlənməsi prosesinə dair müəyyən dəyişikliklərin olduğunu vurğulayıb:

"ABŞ bu dəyişiklikləri artıq bir ildən çoxdur ki, bəyan edir. Bu məsələdə son və açıq mövqeyi ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills ortaya qoydu. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmadan həll edilə bilməz. Bu, kifayət qədər cəsarətli bir mövqe idi. Bundan əvvəl Minsk qrupunda amerikalı keçmiş həmsədr Ceyms Uorlik "Dağlı Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdə bir erməni əsgəri belə qalmamalıdır” kimi ifadə ilə yadda qalıb. Həm dünyada, həm ABŞ-ın özündə Qarabağla bağlı həqiqətləri düzgün başa düşürlər. Artıq üç ildir ki, NATO-nun sammitində post-sovet məkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edən bəyanat imzalanır. Avropa Şurası bu məsələyə münasibətini çoxdandır bildirib. Avropa Parlamenti də həm Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, həm də post-sovet məkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Bu yaxınlarda isə Almaniya bundestaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Bütün bunlar onu göstərir ki, dünya yavaş-yavaş ikili standartlardan uzaqlaşır və münaqişələrin beynəlxalq hüquq normalarına uyğun olaraq həllinə yönəlir. Zənnimcə, bu ABŞ-ın siyasətində də özünü tədricən də olsa göstərməkdədir. Ermənistanın təcavüzkar siyasəti və Azərbaycanın təcavüzə məruz qalması kimi fikirlər daha çox siyasi dairələrdə, daha çox ölkələrdə özünə yer tapmağa başlayıb. Fikrimcə, bu, problemin ədalətli həllinə yol aça bilər”.

ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyinin İrəvanın davranışlarında hansı formada əksini tapacağına gəlincə, sabiq dövlət müşaviri hesab edir ki, Nikol Paşinyan ABŞ-ın mövqeyinin qarşısında aciz qalacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol