• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanı gözləyən çətin günlər: Qarabağda müharibə və Ermənistanın parçalanması

Paşinyanı gözləyən çətin günlər: Qarabağda müharibə və Ermənistanın parçalanması
10.12.2018 15:37
"Ermənistanda parlament seçkiləri gözlənilən nəticəni verdi. Nikol Paşinyanın bloku qalib gəldi. Ancaq Paşinyanın bloku ilə birlikdə daha iki partiya parlamentdə təmsil olunmaq hüququ qazandı. Bu da gələcəkdə Paşinyan və komandasının bir sıra çətinliklərlə üzləşəcəyi mənasına gəlir. Bundan sonra deyərdim ki, Ermənistanı çox qarışıq günlər gözləyir. Paşinyan çox güclü bir müxalifətlə mübarizə aparmağa məcburdur artıq. Daha bir problem isə Paşinyanın öz tərəfini seçə bilməməsidir. Amma deyərdim ki, bu da müvəqqəti haldır. Ən yaxın zamanda Paşinyan öz tərəfinin Rusiya olduğunu anlayacaq. İrəvan heç vaxt Moskvanın boyunduruğundan çıxa bilməz. Bunu hazırkı baş nazir də yaxşı bilir. Ancaq Paşinyan Qərbə meyilli şəxsdir. Onlarla da münasibətini yaxşı saxlamağa çalışacaq. Düşəcəyi bu girdabdan isə necə çıxacağı qeyri-müəyyəndir”.

Publika.az xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan artıq hakimiyyətə gəlmək üçün əhaliyə söz verdiyi kimi sosial-iqtisadi məsələləri də həll etməlidir: "Ancaq Ermənistanın hazırki dövlət büdcəsini nəzərə alsaq bu mümkün deyil. Bundan əlavə həmin vədlərə əməl etmək üçün obyektiv gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən siyasi kurs müəyyənləşdirmək gərəkdir. Müşahidələr isə göstərir ki, hazırki hakimiyyət bu mövqedən çox uzaqdır. Əksinə meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyəcək. Daha bir məsələ isə Paşinyanın əsirlərin dəyişdirilməsinə və Qarabağ probleminə yanaşmasıdır. Bu günə qədər Paşinyan əsirləri dəyişməyə ehtiyat edirdi. Düşünürdü ki, əhali arasında Ramil Səfərov effekti yaranar. Və nəticədə reytinqi aşağı düşə bilərdi. İndi isə vəziyyət fərqlidir. Artıq əsirləri qaytara bilər. Çünki Azərbaycandakı erməni əsirlərin ailələri İrəvanda bir neçə küçəni bağlayıb, övladlarının qaytarılması, əsirlərin dəyişdirilməsi üçün etiraz aksiyası keçiriblər. Qarabağ probleminə gəldikdə isə Paşinyanın müsbət yanaşması utopik bir xəyal kimi görünür. Ermənilərin Qarabağı qaytarmamaq üçün bir neçə əsaslı səbəbləri var.

1.Rusiya faktıdır. Rəsmi Moskva İrəvana Qarabağın qaytarılması üçün icazə verməlidir.

2.Qarabağ erməniləri. Onsuz da ölkədə parçalanma var. Paşinyan sülh danışıqları başladığı halda Qarabağ erməniləri ilə vəziyyətin daha da gərginləşəcəyini, hətta silahlı üsyanların baş verə biləcəyini nəzərə alaraq danışıqlardan yayınacaq.

3.Qarabağın təbii sərvətləri. Paşinyana bundan sonra daha çox pul lazım olacaq. Təkcə Kəlbəcərdəki qızıl yataqları Ermənistanın dövlət büdcəsinə milyonlarla dollar pul qazandırır. Paşinyan bu puldan imtina edə bilməz. Qarabağ probleminin həlli üçün isə Azərbaycana güc yolundan başqa yol qalmır. Cəbhədə yaxın günlərdə gərginlik dəfələrlə artacaq. Və müharibə ehtimalı çox yüksəkdir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol