• $
  • €
  • ₽
  • ₺
  • £

DSX-nin bu yeni silah və avadanlıqları ilk dəfə nümayiş etdirildi- FOTOLAR

DSX-nin bu yeni silah və avadanlıqları ilk dəfə nümayiş etdirildi- FOTOLAR
10.01.2019 14:16

Bu gün Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi bazasına səfəri zamanı Xidmətin istifadəsinə yeni daxil olan silah və texnikaların bəzilərinin təqdimatı keçirilib.

"AzeriDefence”nin məlumatına görə, yeni silah sistemlərindən diqqət çəkəni İsrailin "Elbit Systems” şirkətinin istehsalı olan "Sky Striker” kamikadze-PUA ("gəzən sursat”) olub.

2016-cı ildə yaradılmış "Sky Striker” kamikadze PUA 5 və ya 10 kq döyüş başlığı daşıya bilir. Elektrik mühərrikə sahib "Sky Striker” səssiz uçuşu ilə xarici analoqlarından fərqlənir. PUA-nın uçuş sürəti 185 km/saat, havada qalma müddəti 2 saatdır. Kamikadze PUA hədəfə 300 knt sürətlə şığıyaraq parrtlayışla məhv edir.

SKY STRİKER

Azərbaycan DSX "Sky Striker”in ilk xarici operatorudur.

Qeyd edək ki, hazırda DSX həm də İsrailin İAİ şirkətinin istehsalı olan "Harop” kamikadze-PUA-lara sahibdir. "Harop” kamikadze-PUA 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə istifadə olunub. Təqdimatda "Harop” da nümayiş etdirilib.

Harop

DSX son illərdə istifadəyə qəbul etdiyi bəzi atıcı silahları da nümayiş etdirib. Bunların arasında AR-15 tipli 7.62×39 mm çaplı patronlardan atəş açan avtomatlar fotoda əks olunub. Avtomatlar Azərbaycanın "Palladium” şirkətinin istehsalı olan "Grey Wolf” adlı səsboğucularla və FLİR termal nişangahları ilə dəstləşdirilib.

FLİR termal nişangahlarla dəstləşdirilmiş AR-15 tipli avtomatlar və Chey Tac .408 snayper tüfəngi

Fotoda DSX-nin silahlanmasında yer alan Chey Tac .408 snayper tüfəngi də görüntülənib. Qeyd edək ki, Chey Tac .408 dünyanın ən dəqiq snayper tüfənglərindən hesab edilir. Adıçəkilən snayper tüfəngi postsovet məkanında Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanın silahlanmasındadır.

DSX tərəfindən həmçinin yeni istifadəyə qəbul edilən genişlənən konteyner tipli kazarma kompleksi də ilk dəfə nümayiş etdirilib. Bu konteynerlər nəqliyyat vasitələrinin üzərində, yaxud yük helikopterlərinin xarici asmasında istənilən əraziyə nəql edilərək, qısa müddətdə açılıb qurula bilir. Konteyner kazarmalar yaşayış üçün zəruri olan hər cür şəraitə (istilik, havalandırma, elektrik, sanitar qovşaq və s.) malikdir.

Hərbi bazada DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində hazırlanmış "Milli Boat” layihəli itisürətli katerlərin də təqdimatı olub. "Milli Boat” layihəsi üzrə hazırlanan katerlərin 4 versiyası mövcuddur. Bunlar 35, 28, 17 və 14 metr uzunluğa malik itisürətli katerlərdir. Katerlərin sürəti 70 düyün təşkil edir və hazırda Xəzər dənizində bu sürətə malik üzmə vasitəsi mövcud deyil.

Milli Boat layihəli katerlərin maketləri

Fotolardan göründüyü qədər DSX-nin birləşmələri Dransanın "Safran” və İsrailin "Elbit Systems” şirkətinin istehsalı olan elektro-optik müşahidə və nəzarət sistemlərinə də malikdir. Bu müşahidə sistemlərinin bəziləri bir neçə həftə əvvəl media tərəfindən Qazaxda Ermənistanla dövlət sərhədinin mmühafizəsində görüntülənib.

Ekspertlərin fikrincə, DSX uzaq mənzilli, yüksək dəqiqliyə və effektivliyə malik yeni nəsil silah və müşahidə-nəzarət sistemlərinə daha çox önəm verir. Bütün bunlar düşməni döyüşə girməzdən öncə məhv etməyə, öz növbəsində şəxsi heyət arasında itkiləri minimum səviyyəyə endirməyə hesablanıb. Yeni nəsil müharibələrin strategiyasına uyğun olaraq DSX-nin snayperlərin hazırlanmasına xüsusi diqqət yetirdiyi də aydın olur.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol