• $
  • €
  • ₽
  • ₺
  • £

Hadi Rəcəbli: “Şəhid ailələrinin probleminin həlli üçün vaxt lazım idi”

Hadi Rəcəbli: “Şəhid ailələrinin probleminin həlli üçün vaxt lazım idi”
29.01.2019 19:53
"Prezident İlham Əliyevin fərmanını yüksək qiymətləndirirəm. Təxminən, 30 ilə yaxındır ki, bu problem qalmaqda idi. Zaman-zaman maliyyə imkanları yarandı, dövlət başçısı belə bir fərman imzaladı”.
Anews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, Azərbaycan şəhid ailələrinə göstərdiyi qayğıya görə dünyaya nümunədir: "Bu problemin həlli üçün, sadəcə, vaxt lazım idi. Prezident şəhid ailələri ilə görüşdə dedi ki, "O illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni fərman imzaladım. Bu fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində, təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur”. Gördüyünüz kimi, dövlət başçısı həmişə olduğu kimi, xalqın marağından çıxış etdi, onların yanında oldu. Bu fərman sosial ədalət baxımından böyük əhəmiyyət kəsb edir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcək”.
Komitə sədri qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı atılan addımlar Prezident İlham Əliyev siyasətinin özəllikləridir: "Prezidentin dövlət quruculuğu modelinin bir sıra özəllikləri var. Bu model İlham Əliyev brendidir. Regionların xarakter və xüsusiyyətinə, iqtisadi potensialına uyğun olaraq dövlət proqramı icra olunur. Azərbaycanın regionlarında işsizliyin aradan qaldırılması və digər bu tip sosialyönümlü məsələlərin həlli ilə bağlı addımlar atılır. Özünəməşğulluq proqramı passiv sosial müdafiədən aktiv sosial müdafiəyə keçiddir. Prezidentin dediyi kimi, bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq”.

Xatırladaq ki, yanvarın 28-də dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2018-ci il 19 aprel fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün, ümumilikdə, 135 milyon manat vəsait nəzərdə tutulur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol