• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva uşaq bağçasının açılışında - FOTOLAR

Mehriban Əliyeva uşaq bağçasının açılışında - FOTOLAR
29.05.2020 10:19
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 1-də Daxili İşlər Nazirliyinin Bakı şəhərinin Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışında iştirak edib.

Anews.az xəbər verir ki, birinci vitse-prezident uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.


Daxili işlər naziri Ramil Usubov məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, 6 saylı uşaq bağçasının inşasına 2017-ci ilin dekabrında başlanılıb.
 

Əsasən əlahiddə çevik polis alayında çalışanların övladları üçün nəzərdə tutulan məktəbəqədər təhsil müəssisəsində 4-ü Azərbaycandilli, 3-ü isə rusdilli bölmə olmaqla 7 qrup fəaliyyət göstərəcək. Burada balacalara ingilis dili də öyrədiləcək. Uşaq bağçasında bir yaş yarımdan beş yaşadək 140 uşağın təlim-tərbiyəsi ilə 46 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq. Şahmat, rəsm dərnəklərinin də fəaliyyət göstərəcəyi ikimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Bir sözlə, uşaq bağçasının əsas binasının planlaşdırma quruluşu uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmununa uyğun həll olunub.

Binada təhlükəsizlik məsələləri də ən yüksək səviyyədə həll edilib. Belə ki, videomüşahidə, yanğınxəbərverici, həmçinin qeydiyyata giriş-çıxış sistemləri quraşdırılıb. Uşaq bağçasında akt və idman zalları, geniş yeməkxana da tikilib. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək.


Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Ölkəmizdə məktəbəqədər tərbiyə müəssisələri yenidən qurulur, müasir uşaq müəssisələrinin inşası davam edir. Bu gün uşaq bağçalarında yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi böyüməsində əhəmiyyətli rol oynayır.


Altı saylı uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib, işıqlandırılma işləri yerinə yetirilib. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı quraşdırılıb. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli imkanlar yaradılıb.

Yeni inşa edilən bağça ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin işinə uğurlar arzuladı.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol