• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın "biznesmen" nazirləri – Onların "rəhbəri olduğu" şirkətlər…

Azərbaycanın "biznesmen" nazirləri – Onların "rəhbəri olduğu" şirkətlər…
15.02.2019 17:43
Hazırda Nazirlər Kabinetinin tərkibində 32 qurum yer alır ki, onlardan 17-si nazirlik, 8-i dövlət komitəsi, 7-i dövlət xidmətləridir və dövlət agentlikləridir. Nazirlər Kabinetinin tərkibində fəaliyyət göstərən nazirlik və qurumların rəhbərləri arasında vaxtilə müxtəlif sahələrdə çalışmış, eyni zamanda öz şəxsi biznesi olan məmurlar az deyil.

Azxeber.com yüksək vəzifə təyinatına qədər sahibkarlıq fəaliyyəti göstərmiş və müxtəlif şirkətlərə rəhbərlik edən nazirlərlə bağlı araşdırma aparıb.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində biznes fəaliyyəti ilə məşğul olub. Mətbuata açıqlaması zamanı bunu inkar etməyən nazir bildirib ki, həmin şirkət "M-Gilan” adlanıb və əsasən Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərib.

Təhsil naziri Ceyhun Bayramov "Omni” hüquq şirkətinin rəhbəri olub. Nə az-nə çox, düz 11 il bu şirkətə rəhbərlik edən C.Bayramovun şirkəti bank və maliyyə qurumlarına hüquq xidmətləri göstərib.

Gənclər və İdman naziri Azad Rəhimov "İtaldizayn” şirkətinin baş direktoru olub. Bu şirkət Avropa istehsalı olan mebellərin idxalı və satışı ilə məşğul olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev müxtəlif özəl şirkətlərdə yüksək vəzifələr tutub. Marketinq araşdırmaları aparan şirkətə rəhbərlik edib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli özəl səhiyyə sektorunda tanınmış sima olub. Paytaxtdakı "Nəbz” Tibb mərkəzinin və "Medeks” MMC-nin baş direktor işləyib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Paşa İnşaat” və "Bakı Dəmir-Beton-8” şirkətlərinin baş direktoru işləyib. Biznes sahəsində böyük təcrübəyə malik agentlik rəhbərinin son iş yeri Milli Turizm Təbliğat Bürosu direktoru vəzifəsi olub.

Qeyd edək ki, nazirlərin adıçəkilən fəaliyyətləri haqda rəsmi "vikipedia" səhifələrində və mətbuatda məlumat yer alıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol