• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən Elşad İskəndərovun Türkiyəyə buraxılmaması xəbərinə – REAKSİYA

XİN-dən Elşad İskəndərovun Türkiyəyə buraxılmaması xəbərinə – REAKSİYA
20.02.2019 19:42
Elşad İskəndərovla bağlı mətbuatda yayılan məlumatlar tamamilə yalandır və qərəzlidir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
"Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hər hansı bir iclası keçirilməyib. Bu ilin 15 yanvar tarixində Ciddədə İƏT-in İqtisadi Sosial və Mədəni məsələlər üzrə İslam Komissiyasının iclası keçirilib və Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov həmin iclasda iştirak etməyib.

Eyni zamanda, bildirilməlidir ki, sözügedən iclasda çoxsaylı məsələlər çərçivəsində İƏT Gənclər Forumu (İƏGF) haqqında layihəyə baxılıb. AR Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏGF-nin Avrasiya Regional Mərkəzinə ev sahibliyi edən Azərbaycan Mərkəzin gücləndirilmiş statusu və fəaliyyətlərini dəstəkləyən qətnamə layihəsi ilə çıxış edib.
Azərbaycan suveren və müstəqil xarici siyasət aparır və öz maraqlarını bütün beynəlxalq təşkilatlarda müdafiə etmək hüququna malikdir və bunu edir. İclas nəticəsində məsələ ilə bağlı kompromis mətn və dil üzərində razılaşma nəticəsində sözügedən qətnamə layihəsi qəbul edilib.
Həmin iclasda heç bir İƏT nümayəndəsi öz çıxışında hər hansı bir Azərbaycan diplomatının guya Türkiyənin onlara qarşı fəaliyyət aparması haqqında fikirlər səsləndirməyib.
Belə bir iddia olmadığı üçün Azərbaycan XİN tərəfindən də hər hansı bir araşdırmanın aparılması, onun nəticəsində guya bu məlumatın E.İskəndərov tərəfindən səsləndirilməsi haqqında mətbuatda gedən fikirlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir.
E.İskəndərov uzun illər İƏGF-yə səmərəli şəkildə rəhbərlik edib. Həmin müddətdə qurumun təşəbbüsü ilə Xocalı faciəsini ilk dəfə soyqırım kimi qiymətləndirən İƏT qətnamələri qəbul edilib, İƏGF-in fəaliyyətləri nəticəsində Azərbaycanın İslam həmrəyliyinə, həmçinin qlobal mədəniyyətlər arası dialoqa dəstəyi beynəlxalq səviyyədə tərənnüm edilib.
Eyni zamanda, mərkəzi qardaş Türkiyədə yerləşən təşkilatın nüfuzunun artırılmasına nail olunub. Ötən il səlahiyyət müddətinin bitməsi ilə əlaqədar İƏGF Baş Assambleyasında E.İskəndərovun fəaliyyəti bütün üzv ölkələr tərəfindən təqdir edilib, həmçinin, o, İƏGF-in yeni sədrliyinə Türkiyənin irəli sürdüyü namizədin seçilməsinə dəstək verib.
Mətbuatda məsələ ilə bağlı gedən yazılar həqiqəti əks etdirməyərək qərəzli xarakter daşıdığından Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə kölgə salır. Eyni zamanda, məlumatın dərhal erməni mətbuatında tirajlanması da müəyyən suallar yaradır.
Mətbuatı bu sahədə həssas olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı bir xələl gətirəcək yoxlanılmamış məlumatları verməkdən çəkinməyə çağırırıq”, - deyə XİN-in məlumatında qeyd olunub.
Qeyd edək ki, mətbuatda Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə səfiri E.İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulduğuna dair məlumat yayılıb.
İddia olunurdu ki, bu barədə qərar İslam Əməkdaşlıq Təşkilatının yanvarın 15-də keçirilən toplantısında qalmaqallı açıqlamadan sonra verilib. Belə ki, tədbir zamanı Körfəz ölkələrindən birini təmsil edən, adı açıqlanmayan səfirlərdən biri "Azərbaycan Xarici İşlər Nazirliyindən olan səlahiyyətli şəxs bizim ölkənin Bakıdakı səfirliyinə gələrək Türkiyənin bizə qarşı təxribat hazırladığını söyləyib” deyərək izahat tələb edib.
Onun bu sözlərindən sonra Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Şahin Abdullayev məsələni Azərbaycanda aidiyyəti qurumlara məruzə edəcəyini bəyan edib.
Türkiyə mediası bildirir ki, Azərbaycan adından xarici səfirliyə məlumat verən şəxsin Elşad İskəndərovun olduğu ortaya çıxandan sonra onun Türkiyəyə giriş və səyahətinə qadağa qoyulub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol