• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevlə Paşinyanın görüşü hazırlanır

İlham Əliyevlə Paşinyanın görüşü hazırlanır
09.03.2019 19:18
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar.

Virtualaz.org ATƏT-in saytına istinadən bildirir ki, Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı yaydıqları bəyanatda belə deyilir.

Bəyanatda həmçinin qeyd edilir ki, onlar iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparırlar.

Həmsədrlər, eyni zamanda son aylar cəbhə xəttində qurbanların olmamasını müsbət qiymətləndirdiklərini vurğulayırlar, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımları alqışlayır və tərəfləri səyləri gücləndirməyə çağırırlar.

Həmçinin həmsədrlər gərginliyin və təxribatçı nitqlərin azaldılmasının önəmini təkrar vurğulayıblar.
 

Bəyanatda tərəflər mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından çəkinməyə dəvət edilib.

Həmsədrlər münaqişənin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının əsas prinsipləri olduğunu bir daha qeyd edərək vurğulayıblar ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir. Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək.

Həmsədrlər danışıqları yeniləmək üçün Ermənistan və Azərbaycan liderləri və xarici işlər nazirləri ilə hər an görüşə biləcəklərinə hazır olduqlarını qeyd ediblər. Rəsmi Bakı və Yerevan arasında həmsədrlərin himayəsi altında keçirilən davamlı və birbaşa dialoq etimadın qurulmasında və sülh prosesinin irəliləməsində zəruri element olaraq qalır.

Həmsədrlər həmçinin münaqişə tərəflərinin fikirlərini və narahatlığını nəzərə alaraq, onlarla lazımi məsələləri müzakirə etməyə davam edəcəklər.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol