• $
  • €
  • ₽
  • ₺
  • £

İran-Azərbaycan sərhədində erməni izi – Hərbi ekspert baş verənləri şərh edib

İran-Azərbaycan sərhədində erməni izi – Hərbi ekspert baş verənləri şərh edib
12.03.2019 17:44
Son günlər İran-Azərbaycan sərhəddində ikinci insident baş verib.

Mart ayının 10-da Füzuli rayonu istiqamətində bir qrup şəxs İran-Azərbaycan sərhədini pozmağa cəhd edərkən atışma baş verib. Nəticədə bir əsgərimiz şəhid olub, digəri isə yaralanıb. Bu gün İran-Azərbaycan sərhədində yenidən insident baş verib. Bu dəfə isə sərhəd pozucularından biri öldürülüb.

Ekspertlər son zamanlar İran-Azərbaycan münasibətlərinin fonunda baş verənlərin təxribat ola biləcəyini iddia edirlər. Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl saytımıza açıqlamasında hətta iki ölkə münasibətlərini daha da gərginləşdirmək istəyən üçüncü gücün də bu işdə əli ola biləcəyini bildirib.


Anews.az bildirir ki, hərbi ekspert Tərlan Eyvazov İran-Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı Yenicag.az-a açıqlama verib.

O bildirib ki, Paşinyanın İrana səfərindən və məlum özçəkimindən sonra rəsmi Tehranla Bakı arasında soyuqluq yaranıb:

"İran-Azərbaycan münasibətlərinin soyuqlaşdığı bir zamanda münasibətlərə aydınlıq gətirilməsi üçün Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Tehrana səfər edib. Məhz bu məqamda, Füzuli rayonunda, Ermənistan-Azərbaycan ordularının təmas xəttinə yaxın istiqamətdə təxribat törədildi və Azərbaycan əsgəri şəhid oldu, biri isə yaralandı. Bundan əvvəl də bildirmişdim ki, Paşinyanın bu səfəri məxsusi olaraq Azərbaycan-İran arasında soyuqluğun yaranması və İran daxilində olan soydaşlarımızın qızışdırılaraq İran dövlətinə qarşı çıxmasına hesablanmışdı. İlk məqamda bunun işartıları görünməkdədir. Azərbaycan tərəfinin soyuqqanlı davranışı, İran tərəfinin bu məsələdə maraqlı olmaması münasibətləri yoluna qoymaqdadır. İranla Azərbaycan arasında istər tarixi, istər milli, istərsə də dini yaxınlıq var. Hətta hökumətlər münasibətləri pisləşdirsə də, bunu münaqişəyə çevirmək qeyri-mümkündür. Ermənistanla İran arasındakı münasibətlərdən fərqli olaraq Azərbaycanla İran arasında çox böyük biznes, nəqliyyat layihələri həyata keçirilir. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi Hind okeanı sahilindən Avropaya nəqliyyat layihəsi üçün şərait və kreditlər ayırıb. Ermənistan isə əlin açaraq İrandan mədət umur”.

Tərlan Eyvazov iddia edib ki, İran-Azərbaycan sərhədində baş verən təxribatların arxasında Ermənistan xüsusi xidmət orqanları dayanıb:

"İndiki məqamda İran Azərbaycanla heç cür münasibətləri korlamaq istəməz. Bu işin arxasında ancaq erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslər dura bilər. Burada Rusiya faktorunun olması da görünmür. Çünki Rusiya İranın sabit qalmasında maraqlıdır. İranla Ermənistan bir-birini rəsmən tanıdığı üçün hər ikisi arasında sərhəd xidməti keşik çəkir. Ancaq işğal olunmuş torpaqlarımızla İran arasında sərhəd xidməti keşik çəkmir. O ərazidə sadəcə olaraq post patrul xidməti aparılır ki, bu, sərhədin qorunmaması anlamına gəlir. Çox güman ki, Azərbaycan işğal altındakı İranla sərhəd ərazilərindən Ermənistan xüsusi xidmət orqanlarının diversantları sızaraq bu addımı atıb. Bu isə İran-Azərbaycan arasında gərginlik çıxarmağa bəhanədir”.

İran prezidenti Həsən Ruhaninin çıxışında ərazi iddialarına gəldikdə isə hərbi ekspert qeyd edib ki, burada təkcə Azərbaycan nəzərdə tutulmayıb:

"Rus-İran müharibələri zamanı nəinki indiki Azərbaycan, İrəvan xanlığının ərazisi, Gürcüstan ərazisi də indiki İranın təsir dairəsində idi. Təbii ki, Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra bu təsir zəiflədi. Şimali Azərbaycan ərazisində olan xanlıqlar yarımmüstəqillikdən tam müstəqilliyə getdilər. Məhz ona görə də, istər İrəvan, istər Naxçıvan, istərsə də Quba xanlığı rus istilasına qarşı döyüşdü. Ancaq qüvvələr qeyri-bərabər olduğu üçün məğlub oldular və sülh müqaviləsi bağlamağa razılaşdılar. Həmin vaxtda İran dövlətinin zəif olması, bu torpaqlarda öz nüfuzunu itirməsinə gətirib çıxardı. Bundan sonra isə İranın belə bir həvəsə düşməsi intihara bərabər olar. Şimallı cənublu azərbaycan birləşsə, o ölkənin adı İran yox, Azərbaycan olacaq”.

Sonda Tərlan Eyvazov bildirib ki, Ermənistan xristian dünyasına müsəlman ölkələrinin əhatəsində olduğunu dair car çəkir, ancaq özü İran hesabına ayaqda qalıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol