• $
  • €
  • ₽
  • ₺
  • £

“Paşinyan həyat yoldaşına pul vermədiyi üçün…” – Politoloqdan ilginc iddia

“Paşinyan həyat yoldaşına pul vermədiyi üçün…” – Politoloqdan ilginc iddia
16.04.2019 12:07
"Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətə hansı yolla gəlibsə, o yolla da gedəcək”.

Bunu politoloq Cümşüd Nuriyev deyib.

Ekspertin fikrincə, baş nazirin hakimiyyətə gəlməsindən keçən bir il ərzində vəd etdiyi islahatları həyata keçirməməsi əks effekt verəcək:

"Təsir əks təsirə bərabərdir. Bir il ərzində verdiyi vədlər istiqamətində hansı işləri görüb, hansı işləri görməyibsə, buna uyğun olaraq da onun əleyhdarlarının sayı çoxalacaq. Nəzərə alsaq ki, Paşinyan küçədən gələn siyasətçidir, atdığı addımlar da siyasi uzaqgörənliyi ilə seçilmir. Bu adam proqnozlaşdırıla bilməyən siyasətçidir. Çünki onun ölçü-biçisi yoxdur. Siyasətdə də bunu heç vaxt sevmirlər”.

Cümşüd Nuriyev qeyd edib ki, dövlət başçısına onun qurduğu strategiyaya uyğun münasibət göstərirlər:

"Paşinyan da hakimiyyətə gələndə bunların heç birini nəzərə almadı. Onun əsas məqsədi varlanmaq idi. Artıq həyat yoldaşı Anna Akopyanın fonduna pul köçürmədikləri üçün insanları həbs etdirməyə başlayıb. Qarabağla bağlı da yalandan, görüntü xətrinə addımlar atır. Görünən isə budur ki, bu adam verdiyi vədlərin heç birini yerinə yetirməyib və yetirmək də istəmir. Adamın əsas məqsədi budur ki, bu qapaqapdan istifadə edib varlansın. Yəqin ki, Ermənistanın ayrı-ayrı şəhərlərində Paşinyana qarşı başlamış pərakəndə etirazlar kütləvi hal alacaq”. (teleqraf.com)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol