• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Türkiyə ordusu sabah hərəkətə keçəcək – Ermənistanı dəhşətə salan hərbi plan

Azərbaycan və Türkiyə ordusu sabah hərəkətə keçəcək – Ermənistanı dəhşətə salan hərbi plan
30.04.2019 12:21
Bir neçə gün sonra Azərbaycan və Türkiyənin ordu birləşmələrinin növbəti birgə təlimləri keçiriləcək. Azərbaycanda keçiriləcək hərbi təlimlər 1-3 may tarixini əhatə edəcək. "Mustafa Kamal Atatürk – 2019” şüarı ilə keçiriləcək təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.

Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcəyi bildirilir. Təlimlərin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçiriləcəyi qeyd edilir.

Keçiriləcək təlimlər Ermənistanda narahatlıqla qarşılanıb. Erməni ekspertlər hesab edirlər ki, ad açıqlanmasa da, təlimlərin hədəfi Ermənistandır.

Publika.az xəbər verir ki, erməni şərhçi Aram Sarkisyan bu təlimlərin hədəfinin nəzəri baxımdan Ermənistan olduğunu və Dağlıq Qarabağ məsələsində hərbi təzyiqin edildiyini iddia edib.

Erməni şərhçi məsələ ilə bağlə Rusiyanın erməniyönümlü ekspertlərinə müraciət edib.

Moskvanın MDB İnstitunun direktor müavini Vladimir Yevseyev iddia edir ki, bu təlimlər təkcə Ermənistan yox, Rusiya maraqlarına qarşı da yönəlib.

"Ermənistan-Rusiya münasibətləri Ermənistanla hərbi münaqişəyə icazə vermir. Bunu Türkiyə də anlayır. Əgər Ermənistana hücum olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edəcək”, - deyə Yevseyev bildirib.

Hərbi ekspert Aleksandr Xramçik də hesab edir ki, Ermənistana qarşı hərbi addımlar KTMT-nin prosesə qoşulması ilə nəticələnə bilər.

"Rusiya və Türkiyə münasibətlərini inkişaf etdirir, lakin Suriya və digər regionlardakı əməkdaşlıq Qafqaza aid deyil. Ermənistana qarşı hərbi addımlara KTMT cavab verəcək”, - deyə o bildirib.

Xramçik Türkiyə və Azərbaycanın hərbi müttəfiq olduğunu və belə təlimlərin təbii olduğunu vurğulayıb.

Lakin erməni şərhçi Aram Sarkisyan Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin Ermənistan üçün böyük təhlükə olduğu qorxusunu dilə gətirir.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol