• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı Dilqəm Əsgərovun oğluna kişi sözü verdi

İcra başçısı Dilqəm Əsgərovun oğluna kişi sözü verdi
19.05.2019 19:43
Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşüb, bu barədə Modern.az-a K. Əsgərov bildirib.


K.Əsgərovun sözlərinə görə, A.Məmmədov onun torpaq sahəsinin icra müqaviləsinin  müddətinin artırılması üçün aidiyyatı dövlət qurumlarına rəsmi müraciət edəcəyini açıqlayıb:


"Görüşdə mənim problemlərimlə maraqlandı. Mən başçıya bildirdim ki, mənim tək bir problemim var, o da atamın mənə alıb verdiyi torpaq sahəsinin əlimdən çıxmasıdır. Başçıya dedim ki, bu torpağı atam azad olunub gələnədək canla-başla qoruyub saxlamalıyam”.


O qeyd edib ki, başçı ilə aralarındakı anlaşılmazlıq tam olaraq həllini tapıb:


"O mənə kişi söz verdi ki, həmin torpaq sahəsi yenidən mənim səlahiyyətimə qaytarılacaq. Səmimi söhbət zamanı bir-birimizi başa düşdük və ortaq məxrəcə gəldik ki, arada bəzi səhv anlaşılmazlıqlar olub. Başçı  yaxın vaxtlarda həmin torpaq sahəsinin tam qanuni şəkildə sənədləşdirərək, mənim istifadə veriləcəyinə  söz verdi və məni öz evinə dəvət etdi”.


Qeyd edək ki, K.Əsgərov 5 il əvvəl icarəyə götürdüyü torpaq sahəsinin icarə müddəti bitdiyi üçün Səmkir rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona məhəl qoyan olmayıb.


K.Əsgərov bildirib ki, torpağının əlindən alınması səbəbi ərazinin yeni çəkilən "İpək yolu”un üzərində yerləşməsidir:


"Mənim ərazimdə də xeyli materiallar var. Mən 5 il əvvəl həmin torpağı icrayə götürmüşəm. İndi icarə müqaviləsinin vaxtı bitir. Şəmkir rayon İcra Hakimiyyətinə nə qədər müraciət etsəm də müqaviləninin müddətini artırmırlar. Başçı isə bizi qəbul etmir ki, dərdimizi ona deyək”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol