Bakıda Malayziya səfirliyi açılıb - VİDEO

Malayziya səfirliyinin Bakıda rəsmi açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, mərasimdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak, Malaziyanın xarici işlər naziri Anifah Aman, yeni səfir Dato Roslan Tan Sri Abdul Rah və Azərbaycanda akkredita olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər. Mərasimdə çıxış edən malayziyalı baş nazir Abdul Razak ölkəsinin Azərbaycanda səfirlik açmasından çox məmnun olduğunu deyib. Onun sözlərinə görə, bu səfirliyin açılması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ olacaq.Malayziyanın Azərbaycandakı səfiri isə qeyd edib ki, iki ölkə arasında diplomatik əlaqələr çoxdan qurulub, lakin səfirlik Azərbaycanda rəsmi olaraq bu gündən fəaliyyətə başlayır.
Daha sonra səfirliyin binasının rəsmi açılış mərasimi keçirilib və baş nazir Abdul Razak və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfirliyin yeni binası ilə tanış olublar.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















