• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağdan Ermənistana ilk atəş açıldı - MÜHARİBƏ ANONSU

Qarabağdan Ermənistana ilk atəş açıldı - MÜHARİBƏ ANONSU
30.05.2019 00:18
Ermənistanda dünən keçirilən Respublika Günü tədbirələrinə Qarabağdakı işğal rejiminin təmsilçiləri qatılmayıb.


Erməni KİV-ləri Nikol Paşiyanın oğlunun hərbi xidmət yerini Qarabağdan Ermənistana dəyişməsi xəbəri fonunda bunu Qarabağ klanı ilə Ermənistan baş naziri arasında gözlənilən müharibənin ilk atəşi kimi dəyərləndiriblər.


Məsələn, Ermənistanın populyar analitka portalı "Lragir” Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyanın İrəvandakı tədbirə qatılmamasını çox narahatlıqla qarşılayıb. Portal işarə vurub ki, Qarabağ klanın nüfuzlu siması olan Bako Saakyanın İrəvandakı tədbirə gəlməməsi Nikol Paşinyanın onu dəvət etməməsi ilə bağlı ola bilər. Hər halda, Robert Koçaryanın məhkəmə yolu ilə azadlığa çıxarılmasında əsas rolu oyanyanlardan biri Bako Saakanyandır.


Amma işğal rejimin təmsilçilərinin elə "Lragir”ə verdiyi açıqlamadan belə görünür ki, tədbirə gəlməkdən Qarabağ klanı təmsilçilərinin özləri imtina ediblər. İddia ediblər ki, bəs, həmin vaxt ATƏT-in Minsk qrupunun təmsilçiləri Xankəndidə olub. Yəni aydın olur ki, dəvətnamə olub, amma Bako Saakyan bəhanə taparaq ora getməyib. Əslində, Koçaryanın həbsdən azad edilməsindən sonra  Qarabağ klanının təmsilçisi olan general Vitali Balasanyanın İrəvanda təhqiramiz şəkildə saxlanıb, buraxılmasından sonra işğal rejimi artıq ümidini Moskvaya bağalyıb. Moskvada da onları müdafiə edən müəyyən dairələr tapılıb və onların içində KİV təmsilçiləri yetərincədir.


Erməni KİV-lərinin yazdığına görə, Rusiyadan bir sıra tanınmış jurnalistlər, o cümlədən "Regnum”un baş yazarı Modest Kolerov və şərhçisi Stanislav Tarasov Xankəndiyə gedərək ümidləri Moskva ilə inteqrasiyaya bağlamağı təbliğ edirlər. Məhz bu cür jurnalistlərin birgə yazdığı və "Komsomolskaya pravda”da dərc olunmuş məqalədə Nikol Paşiyanın ünvanına bir sıra ittihamlar səsləndirilir. Məqalədə iddia edilib ki, Paşinyan Dağlıq Qarabağın müstəqilliyini tanımadığana görə, onun "sakinlərinin” ümidlərini doğrultmayıb.


Aydın görünür ki, Qarabağ klanı Moskvanın himayəsi altında Nikol Paşiyana qarşı sərğt addımlar planlaşdırır. Məqsəd qərbin sərmayəsi ilə hakimiyyətə gəlmiş baş nazirin Ermənistana nəzarəti tam təmin etməsinin qarşısını almaqdır. Bunun isə bir yolu var və 1997-ci ildə Levon Ter-Petrosyanı hərbi çevirilişlə hakimiyyətdən salmış Robert Koçaran həmin yolu yaxşı bilir. İndi həbsdən çıxmış Koçaryanın və onun silahdaşı, hazırda Qarabağda olan Serj Sarkisyanın rəhbər göstərişləri ilə klanın faktiki rəhbəri Bako Saakyan həmin yolu təkrarlaya bilər.       

(veteninfo)


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol