• $
  • €
  • ₽
  • ₺
  • £

Düşmən Ağdamda hücuma keçdi: İrəvanın çoxillik planının şok hədəfi

Düşmən Ağdamda hücuma keçdi: İrəvanın çoxillik planının şok hədəfi
31.05.2019 09:55
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Həmsədrlərin Azərbaycana səfəri zamanı erməni ordusunun cəbhə xəttində təxribata əl atması heç də təsadüfi məsələ deyil.
Siyasi şərhçi, sabiq diplomat Fikrət Sadıxov Publika.az-a açıqlamasında bildirib ki, uzun müddətdir, hətta Serj Sarkisyanın prezidentliyi dövründən bu regiona ATƏT-in Minsk qrupunun həmsədrləri gələndə, xüsusilə, Azərbaycan rəhbərliyi görüş ərəfəsində Ermənistan cəbhə xəttində təxribatlara əl atır:
"Bununla da Azərbaycanı təxribatçı rolunda, sülhə hazır olmayan dövlət kimi göstərməyə çalışır. Bu, mütəmadi şəkildə davam edir. Ötən günkü hadisələr də istisna deyil. Nikol Paşinyan dəfələrlə bəyan etmişdi ki, Ermənistan sülhə hazırdır, Dağlıq Qarabağ münaqişəsi demokratik yollarla həll oluna bilər.
 
Humanitar əlaqələr bərpa olunmalıdır, dövlətlərin etimadı, xalqların sülhə hazırlanması məsələləri müzakirəyə çıxarılmalıdır. Lakin proseslər göstərir ki, Ermənistan rəhbərliyi sülhdən xeyli uzaq məsafədə dayanıb. Nəinki, uzaq məsafədə dayanır, hətta sülhə nail olmaq istəmir. Başa düşürlər ki, sülh bərpa olunsa, torpaqlar azad olunmalıdır. Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu məsələni öz maraqları çərçivəsində deyil, ədalətin xeyrinə yoluna qoymalıdırlar”.Siyasi şərhçi baş nazir Nikol Paşinyanın "Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryana Avropa Liqasının Bakıda keçirilən finalına gələ bilməməsinə görə təsəlli verdiyini, bununla da əsl niyyətinin üzə çıxardığını vurğulayıb:
"Paşinyan hətta Henrix Mxitaryana zəng vurur və ona ürək-dirək verir ki, eybi yoxdur, sən Bakıya gedə bilmədin: "Onsuz da, rəsmi Bakının irqçilik siyasəti hamıya bəllidir. Biz bunu bilirik" və s. Yəni, boş yerə bizi sülhə çağıraraq özünü demokrat kimi qələmə verir. Lakin ümumilikdə, Azərbaycana qarşı qəti radikal mövqedə çıxış edir. Əlbəttə ki, bu durum heç vaxt sülhə gətirib çıxara bilməz və Azərbaycan əbədi olaraq bu vəziyyətə dözməyəcək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol