• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident yeni təyyarəsi ilə ilk dəfə Bakıya uçdu, razı qaldı

Prezident yeni təyyarəsi ilə ilk dəfə Bakıya uçdu, razı qaldı
01.06.2019 09:45
Rəsmi səfərlə Azərbaycana gəlmiş Polşa prezidenti Andjey Duda yenicə istifadəyə verilmiş "Boeing 737-800” təyyarəsindən razı qalıb. 

Virtualaz.org "gazeta.pl” nəşrinə istinadən xəbər verir ki, həmin təyyarə dövlət başçısından əlavə, ölkənin baş nazirinə və seymlə senatın (parlamentin aşağı və yuxarı palatalarının) sədrlərinə xidmət edəcək.

Təyyarə XX əsrin əvvəllərində yenidən qurulmuş polyak dövlətinin ilk rəhbəri Yuzef Pilsudskinin adını daşıyır. O, VİP versiyasında hazırlanıb və Atlantik okeanının üzərindən uçuşlar üçün nəzərdə tutulmuş əlavə yanacaq çənləri ilə təchiz olunub.

2010-cu ildə Polşa prezidenti Lex Kaçinskinin "Tu-154” təyyarəsi Rusiyanın Smolensk vilayətinin üzərində qəzaya uğradıqdan sonra Polşada elan edilmişdi ki, bundan sonra yüksək dövlət məmurları üçün xüsusi təyyarələr olmayacaq və dövlət səfərləri məqsədilə LOT aviaşirkətinin təyyarələri sifariş ediləcək.

Qeyd olunur ki, bəzi dövlətlərin liderləri tərəfindən köhnə sovet təyyarələrinin istifadəsi Rusiya ilə yaxın münasibətlərə dəlalət etmir. Aviasiya mütəxəssislərinin fikrincə, dövlət başçıları üçün sovet təyyarələri daha təhlükəsizdir, belə ki, yerdən idarə olunması mümkün olan elektron sistemlərlə təchiz olunmayıblar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol