• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentdən “Bakı Ürək Günləri” konqresinin iştirakçılarına - Məktub

Prezidentdən “Bakı Ürək Günləri” konqresinin iştirakçılarına - Məktub
08.06.2019 16:04
Prezident İlham Əliyev "Bakı Ürək Günləri” VI beynəlxalq konqresinin və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransının iştirakçılarına məktub ünvanlayıb. 
Anews.az xəbər verir ki, məktubda deyilir: 
"Hörmətli konqres və konfrans iştirakçıları!

Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən respublikamızın paytaxtına gəlmiş alimləri səmimi salamlayır, konqresinizin işinə uğurlar və insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə yeni nailiyyətlər arzu edirəm.
Kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus mövqeyi ilə seçilən ənənəvi Bakı konqresi bu gün təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfələr verməkdədir. Dünyanın mötəbər tibb mərkəzlərini təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı ürək-damar xəstəliklərinin müalicəsinə dair son elmi nailiyyətlərin müzakirə ediləcəyi konqresinizin yüksək nüfuzunun göstəricisidir. Gənc mütəxəssislər üçün təcrübə məşğələlərinin keçirilməsi isə onun elmi-praktik əhəmiyyətini xüsusilə artırır.
Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransı ilə birgə təşkil edilən hazırkı konqresin xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmasının rəmzi mənası vardır. Heydər Əliyev ölkəmizdə səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi üçün kifayət qədər geniş imkanlar yaratmışdı. Sonrakı dövr ərzində Azərbaycan səhiyyə sisteminin inkişafı, həmçinin kardiologiyanın dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində xeyli işlər görülmüşdür. Dünyanın məşhur kardioloji mərkəzlərində aparılan mürəkkəb əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqlar tərəfindən müvəffəqiyyətlə gerçəkləşdirilməsi təqdirə layiqdir.
Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin qabaqcıl mütəxəssislərin iştirakı ilə ətraflı müzakirəsi həkimlərimizin xarici əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol