• $
  • €
  • ₽
  • ₺
  • £

XİN Qarabağ danışıqları barədə məlumat yaydı

XİN Qarabağ danışıqları barədə məlumat yaydı
28.06.2019 21:00
Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşınqton görüşünün nəticələri ilə bağlı KİV nümayəndələrinin sualını cavablandırarkən qeyd edib ki, münaqişənin tərəfləri qismində Ermənistan və Azərbaycan tərəfləri istər Madrid prinsipləri, onların yenilənmiş variantı, istər Kazan prinsipləri və ya "Lavrov planı” adlandırılan sənəd olsun bunlar üzrə danışıqlar apararkən də təmas xəttində gərginliklər olub".

Anews.az xəbər verirki, bu barədə Azərbaycan XİN-dən bildirilib.
"Ermənistan xarici işlər naziri dünən mətbuat brifinqində "bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmaq olmaz” deyərək Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun "bu günədək müzakirə olunan sənədlər üzrə danışıqlar aparanda cəbhədə heç də tam sakitlik hökm sürmürdü” fikrinə münasibət bildirib. Bununla bağlı nə deyə bilərsiniz" sualına XİN-dən belə cavab verilib: "Bununla belə substantiv və intensiv dialoq davam etdirilirdi. Yəni, danışıqlar prosesi cəbhə xəttindəki vəziyyətin girovuna çevrilməməlidir.
 
Bunu anlamamaq və bu deyiləndən nəticə çıxarmamaq, Ermənistan tərəfinin danışıqlar prosesinin irəli aparılmaması üçün bəhanələr axtarır fikrini bir daha təsdiq edir. Xatırladırıq ki, cəbhə xəttindəki gərginliyin səbəbi məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur və bu gərginliyə son qoymaq üçün danışıqlar prosesi substantiv məsələlərin həlli üzrə irəli aparılmalıdır; bu qədər! Ermənistan tərəfinin məntiqi ilə Düşənbə görüşündən sonra əldə edilmiş qarşılıqlı razılıq əsasında cəbhə bölgəsindəki nisbi sakitlik dövründə biz danışıqlarda konkret nəticələr əldə etməli idik, lakin hər şey göz qabağındadır. Münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf konkret nəticəyə yönəlik danışıqlardan yayınmaq üçün bəhanə axtarmamalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Ermənistan tərəfindən bizim və beynəlxalq ictimaiyyətin gözləntisi bundan ibarətdir".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol