İcra başçısı birinci müavinini işdən çıxartdı

Sabirabad rayon icra başçısı Həsən Həsənov müavinini işdən çıxarıb.
Anews.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə başçının işdən çıxarılan müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva məlumat verib. O bildirib ki, iyul ayının birindən artıq həmin vəzifədə çalışmır və tələsik də olsa onun yerinə təyinat edilib:
"Artıq ayın birindən mən müavin vəzifəsində çalışmıram. Tələsik yerimə təyinat da elədilər. Bu haqda heç nə deyə bilmərəm. Öz ərizəmlə işdən çıxmışam, heç maraqlanmamışam da yerimə kimi təyin ediblər”.
Qeyd edək ki, Sabirabad rayon İcra Hakimiyyətinin rəsmi saytında hələ də başçının müavini olaraq Şahnaz Babayeva göstərilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 