Qazaxda saxlanılan erməni danışdı - VİDEO

“Azərbaycan təminat versə, ermənilərdən ibarət böyük bir qaçqın dəstəsi buraya keçər”.Qazaxın Kəmərli kəndində hərbçilərimiz tərəfindən erməni millətindən olan bir nəfər yaxalanıb. Bu barədə məlumatı musavat.com saytı yayıb. Məlumata görə, 53-54 yaşlı kişi Kəmərli sakini Adıgözəl Dursunovun həyətində tutulub. Virtualaz.org xəbər verir ki, məlumatda əlavə olaraq bildirilir: “Azərbaycanda tutulan erməni 53-54 yaşlı kişidir. O, həbs olunan zaman yerli sakinlərə deyib ki, Ermənistanda həyat səviyyəsi aşağıdır, yaşaya bilmirlər, bu səbəbdən də Azərbaycana qaçıb. Onun sözlərinə görə 3-4 nəfər erməni də Azərbaycana kecmək ücün qərarlıdır və bir neçə gün ərzində imkan düşən kimi, onlar da Azərbaycana keçəcəklər. O deyib ki, Azərbaycan təminat versə, ermənilərdən ibarət böyük bir qaçqın dəstəsi buraya keçər. Erməninin adı,soyadı dəqiqləşdirilir.”Saytın müxbirini əsir götürülən erməniyə yaxın buraxmayıblar. Adıgözəl Dursunov bildirib ki, özü Kəmərli kənd icra nümayəndəsidir. Ermənini də hərbçilər tutduqdan sonra qısa müddətə kənd icra nümayəndəliyinə gətiriblər. 20 dəqiqəyə yaxın bir müddətdə əsir erməni onun otağında olub. Daha sonra hərbçilər onu aparıblar.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















