• $
  • €
  • ₽
  • ₺
  • £

NATO komandanı: “Putinin “yaşıl adamcıqlar”ı Şərqi Avropaya yeridilə bilər”

NATO komandanı: “Putinin “yaşıl adamcıqlar”ı Şərqi Avropaya yeridilə bilər”
29.05.2020 12:13
NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı, general Filip Bridlav Şimali Atlantika bloku ölkələrini Putinin “yaşıl adamcıqlar”ına qarşı hazır olmağa çağırıb.Virtualaz.org saytı xəbər verir ki, general Almaniyanın “Die Welt am Sonntag” qəzetinə müsahibəsində NATO-nun hazırda ən başlıca probleminin Rusiyanın tətbiq etdiyi “hibrid hərbi əməliyyatlar metodu”na qarşı mübarizə olduğunu deyib.“Biz hər gün Rusiya ilə Ukraynanın sərhədində qoşunların intensiv hərəkətini müşahidə edirik. Separatçılara hər gün hərbi texnika, nəqliyyat vasitələri və maliyyə yardımı göndərilir. Bundan başqa, Şərqi Ukraynada qeyri-nizami rus qoşunları çox fəaldır. Biz onların sayını dəqiq bilmirik, ancaq onlar çox fəaldır” - deyə general bildirib.F.Bridlav bildirib ki, NATO ölkələri üçün “yaşıl adamcıqlar” adı alan silahlılara, yəni hansısa tanınma nişanına malik olmayan yaxşı silahlanmış, inzibati binaları ələ keçirən, əhalini qızışdıran, separatçılara təlim keçən və beləliklə də ölkədə ciddi destablizasiya yaradan hərbi qüvvələrə qarşı hazırlıqlı olmaq çox mühümdür.“Biz bunları Ukraynanın şərqində gördük, orada rusdilli əhali müvafiq qaydada təşkil olundu və genişmiqyaslı müharibə başladı. Bu baş verənlərin Şərqi Avropanın digər ölkələrində də təkrarlana biləcəyi təhlükəsi istisna deyil. Deməli, orduya və polisə təlim verərkən bunu nəzərə almaq lazımdır” - deyə Bridlav bildirib.General deyib ki, Rusiyanın tətbiq etdiyi tamamilə yeni müharibə metodudur. Söhbət eyni vaxtda diplomatiyanın, təbliğatın, hərbçilərin və iqtisadiyyatın işə salındığı hibrid müharibədən gedir.“Rusiya beynəlxalq siyasətin bütün bu elementlərini başqa dövlətlərdə çevriliş həyata keçirmək üçün istifadə edir” - Bridlav vurğulayıb.NATO qüvvələrinin komandanı deyib ki, əgər alyans üzv ölkələrdən birinin ərazisinə xarici hərbi bölmələrin yeridilməsini aşkar edərsə, qarşılıqlı hərbi yardım barədə 5-ci maddə işə düşəcək.Bununla belə general deyib ki, hazırda NATO-nun heç bir üzvü birbaşa hərbi iştiraka hazır deyil. Ancaq alyansın Şərqi Avropadakı üzvlərinin təhlükəsizliyinin təmin olunması üçün bəzi tədbirlər görülüb.“Bura kəşfiyyat uçuşları, Baltikyanı ölkələrdə, Polşa və Rumıniyada quru qoşunlarının yerləşdirilməsi, Baltik dənizində hərbi-dəniz patrulu daxildir” - deyə NATO generalı əlavə edib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol