• $
  • €
  • ₽
  • ₺
  • £

Yevda Abramovun qızı çağırış etdi: "Hamı başa düşməlidir ki..."

Yevda Abramovun qızı çağırış etdi: "Hamı başa düşməlidir ki..."
29.05.2020 07:45
Yevda Abramov hələ də reanimasiyadadır. Həkimlərin sözlərinə görə, vəziyyəti stabilləşib.

Bu sözləri Axar.az-a açıqlamasında ötən gündən vəziyyəti ağırlaşan millət vəkili Yevda Abramovun qızı Bəsti Yusifova deyib. O, atasının ölümü ilə bağlı ötən gün yayılan məlumatlara reaksiya verib:
"Atamın ölümü haqda kim məlumat yayıb, bilmirik, ancaq hamı başa düşməlidir ki, belə xəbərlər bu ağır günlərimizdə bizi üzür. Atamın müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxanada davam edir. Həkimlər də deyir ki, ümid hər zaman var və biz də ümidimizi üzmürük. Hamıdan xahiş edirik ki, belə məqamda həssas olsunlar”.

B.Yusifova qeyd edib ki, atasının müalicəsi üçün İsraildəki hansısa xəstəxanaya aparılması barədə bir fikirləri yoxdur.
Xatırladaq ki, millət vəkili Y.Abramov 12 iyun 1948-ci ildə Qubanın məşhur Qırmızı qəsəbəsində doğulub. Tarixçidir, bir müddət pedoqoji fəaliyyətlə məşğul olub.

Azərbaycan (həmçinin türk), rus və fars dillərini mükəmməl bilir. 4 övlad atasıdır.
2017-ci ilin dekabrında onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra müalicəsini İsraildə davam etdirib. Heydər Əliyev Fondu deputat Yevda Abramovun müalicə xərclərini öz üzərinə götürüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol