Zakir Həsənov xəstəxanada yaralı hərbçilərə baş çəkdi - FOTOLAR

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ötən həftə düşmənin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçulara baş çəkmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. MN-in saytında yerləşdirilən xəbərə görə, əvvəlcə nazirliyin rəhbər heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.Sonra Müdafiə naziri hospitalın reanimasiya və ortopediya bölmələrində müalicə olunan yaralı hərbi qulluqçularla görüşüb. Hər bir döyüşçünün sağlamlıq durumu ilə maraqlanan general-polkovnik Zakir Həsənov onlarla söhbət edib, arzu və istəklərini dinləyib.Müdafiə nazirinə məlumat verilib ki, hazırda yaralılar intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur. Hərbi qulluqçular göstərilən yüksək diqqət və qayğıya görə nazirə minnətdarlıqlarını bildiriblər. Hazırda səhhətlərinin yaxşı olduqlarını və hərbi tibb kollektivi tərəfindən yüksək qayğı ilə əhatə olunduqlarını söyləyən döyüşçülərimiz tezliklə sağaldıqdan sonra hərbi hissələrinə qayıdacaqlarını və düşmənə qarşı mübarizə ararmaq əzmində olduqlarını ifadə ediblər.
Sonda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb heyətinə öz tövsiyə və tapşırıqlarını verib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















