Daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı - MÜƏMMALI SƏBƏB FOTOLAR

Əmək və Əhalinin
Sosial Müdsıafiə Nazirliyinin yanında DSMF-nin İsmayıllı rayon şöbə müdiri tutduğu vəzifədən azad edilib.


www.anews.az
Anews.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata
görə, Kamran Muradov DSMF-nin İsmayıllı rayon şöbəsinin müdiri işlədiyi
dönəmdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. O, öz yaxınlarına, qohumlarına saxta sənədlər, əlillik, ünvanlı sosial yardım düzəltdiyi üçün cəzalandırılıb.
Vətəndaşların şikayəti əsasında ƏƏSMN-dən
sözügedən idarəyə göndərilən
yoxlama kifayət qədər nöqsanlar aşkarlayıb. K. Muradovun qohumları üçün
düzəltdiyi saxta sənədlər, ünvanlı sosial yardımlar ləğv edilib.
Dövlət büdcəsindən mənimsənilən pul geri ödətdirilib. Hətta Kamran Muradov
özünü saxta pensiyaya çıxartdığına görə 8000 manat dövlət büdcəsinə pul ödəyib
və ömürlük pensiyadan məhrum edilib.
Qeyd edək
ki, K. Muradov 2009-cı ildən DSMF-nin İsmayıllı rayon şöbəsinin müdiri vəzifəsində
çalışır.
Məsələ
ilə bağlı Kamran Muradov ilə əlaqə saxladıq. İşdən azad olunmasını təsdiq edən Muradov
bildirdi ki, səhhəi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunüb. "İşlədiyim
müddətdə mən heç bir qanun pozuntusuna yol verməmişəm. Barəmdə
deyilənlər yalandır. Həqiqətə uyğun deyil”.
Zaur Qənbərov


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















