Namizədlərin plakatları qəsdən cırılır - İDDİA FOTO

Parlament
seçkilərinə sayılı günlər qalmış namizədlər maneələrlə qarşılaşıb.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinidən müstəqil
namizəd Kərim Kərimlinin posteri cırılaraq yerə atılıb.

Onun sözlərinə görə, hadisə 29 yanvar tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 2 saylı seçki məntəqəsində baş verib.

14 saylı Xəzər rayon seçki dairəsindən namizəd Cavid Qəmbərov, Nərimanov rayon 19 saylı seçki dairəsindən namizəd Vəliyəddin Quliyev də bir neçə məntəqədə belə bir halla qarşılaşıblar.

Namizədlərin verdiyi məlumata görə, posterləri korlayan şəxslərin kimliyi məlum deyil. "Hətta kamera görüntülərində belə bu şəxslərin üz cizgiləri görünmür" - Cavid Qəmbərov bildirib.


Məsələylə bağlı MSK-nın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, məlumat əldə etmək mümkün olmayıb.
Tural Türksoy
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Son xəbərlər 
Daha çox 



















