• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar gecələr Qafana girir - VİDEO

Azərbaycanlılar gecələr Qafana girir - VİDEO
21.07.2014 20:05

Ermənistanın Qafan rayonunda olmuş rusiyalı bloger Sergey Yevstifeyev Qacaran şəhərinə baş çəkərkən azərbaycanlılar barədə qəribə əhvalatlar eşidib.

 

Rusiyalı bloger vaxtı ilə azərbaycanlıların yaşadığı Qacaran şəhərindən dağlarla Naxçıvana keçmək istədiyini bildirib. Lakin Qafan sakini David Bağdasaryan bunu məsləhət görməyib və yuxarıda Azərbaycanın hərbi postlarının olduğunu söyləyib. “Səni erməni sayıb ya vurarlar, ya da əsir götürərlər” deyən yaşlı erməni azərbaycanlıların belə sərt davranışının səbəblərini izah edib.

 

Sən demə, Qarabağ münaqişəsinin ilk illərində bir dəstə gənc erməni dağlara qalxaraq qoyun otaran bir neçə azərbaycanlını öldürür, bir çobanı sağ buraxırlar. Çoban söz verir ki, onlara yeni sürülər gətirəcək. Ertəsi gün erməni gəncləri yenidən dağlara qalxır və bu dəfə sürülərin içindən 10-15 silahlı azərbaycanlı çıxaraq erməniləri öldürür.

 

David Bağdasaryan həmin vaxtdan azərbaycanlıların Naxçıvan sərhədini çox ciddi qoruduqlarını bildirir. “Onlar bura da gəlirlər. Yolları çox yaxşı tanıyırlar. Necə gəlib-getdiklərini anlaya bilmirik. Onların burda qəbristanlığı var, bəzi qəbirlər dağıdılsa da, bəziləri durur. Gəlib qəbirlərinin üstünə gül qoyurlar. Biz burda yatdığımız zamanı onlar küçələrmizdə gəzirlər, istənilən vaxt bizi öldürə bilərlər, amma bunu etmirlər”,- deyən yaşlı erməni Ermənistanın özünü qorumağa gücü olmadığını vurğulayıb. (ANS)

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Siyasət 11:08
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
Siyasət 10:07
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol