• $
  • €
  • ₽
  • ₺
  • £

“Parlament müxalifəti” haqqında qanun qəbul olunsun - Zahid Oruc

“Parlament müxalifəti” haqqında qanun qəbul olunsun - Zahid Oruc
31.05.2020 11:32
 "ABŞ Dövlət Departamenti üzərindən 25 ildən artıq vaxt keçdiyini nəzərə alaraq, Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın 1993-95-ci il ətrafında baş verən mühüm hərbi-siyasi hadisələrə dair məxfi şifrəli onlarla sənədi 26 may tarixində ictimaiyyət üçün açıq elan edib.
 
Dövlət adamlarımız, siyasətçilərimiz və təhlilçilərimiz onunla Bill Klintonun şəxsi elektron kitabxanasının rəsmi ünvanında tanış ola bilərlər. Diqqətinizi cəlb etmək istədiyimiz mühüm bir məsələ regiona sülhməramlı qüvvələrin yerləşdirilməsi, Ermənistan-Azərbaycan konflikt zonasına konkret bir dövlətin, yaxud ATƏT-in egidası altında müşahidəçilərin və ordu qüvvələrin yerləşdiirlməsi məsələsinə dair gerçək məlumatların, tariximizin ağır səhifələrinin orada necə əksini tapmasıdır”.
 
Bu haqda Milli Məclisin bu gün keçirilən iclasında İnsan haqları komitəsinin sədri Zahid Oruc bildirib. O deyib ki, sənədlərlə tanışlıq bir daha sübut edir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın hərbi, iqtisadi və siyasi cəhətdən ən zəif dövründə təslimçilik aktlarına bərabər sayıla biləcək onlarla diplomatik təklifləri, yaxud "sülh planı” adı altında hazırlanan sənədləri rədd edib.
 
Bundan ötrü böyük cəsarət və iradə tələb olunurdu. Nəzərə alın ki, o vaxt regionda Azərbaycan prezidenti yeganə dövlət başçısı olub ki, belə mövqe tutub və Ermənistanın işğal reallığını diplomatik sənədlər üzərinə daşıyaraq onu qəbul etdirilməsinə imkan verməyib: "Həmin diplomatik yazışmalarda BMT qətnamələrinin necə gərgin danışıqlar, dövlətimizin ağır hərbi döyüşlərin getdiyi bir şəraitdə beynəlxalq siyasi cəbhədə necə fədakarlıq göstərdiyini də görmək mümkündür.
 
Bunlarla yanaşı, biz ötən icalasların birində Heydər Əliyevin Britaniya baş naziri Con Meycorla danışıqlarda 1995-ci ildə Beynəlxalq birlikdən, London və Vaşinqtondan Qarabağ məsələsində obyektiv mövqe tutmaları üçün hansı prinsipiallığı, tələbləri və sərt xətti həyata keçirdiyinin şahidi olmuşduq. Biz istərdik ki, tarixə obyektiv baxmaq istəyən hər kəsə kütləvi informasiya vasitələrimiz o həqiqətləri göstərsin. Aydın məsələdir ki, əgər regionda xarici hərbi birliklər yerləşdirilsəydi, münaqişə tamamilə onların inhisarına keçəcəkdi. Xarici hərbi qüvvələrin gəlməsinin qarşısını alan, suveren hüquqlarımızı sonadək ləyaqətlə, peşəkarlıqla qoruyan liderin məhz Heydər Əliyev olduğu bir daha vurğulamaq lazımdır.
 
O vaxt hakimiyyət əleyhinə yazılan minlərlə böhtan və şər, necə ki, onu indi də edirlər, onlar da tarix qarşısında öz cavabdehliklərini dərk etsinlər”. Parlament Komitələrinin rəhbərliyində digər partiyaların təmsilçiliyinin yaratdığı vəziyyətlə baglıdır Komitə sədri deyib ki, Ölkə başçısı bunu yeni siyasi arxitektura kimi təqdim etdi və həqiqətən də bu digər siyasi qüvvələrin məsuliyyətini artırır, onlara inkişaf etməyə, strukturlaşmağa, parlamentin həyatında daha aktiv iştiraka imkan verir:
 
"Bütün bunları nəzərə alaraq, "Parlament müxalifəti” haqqında ayrıca qanun qəbul olunmasını təklif edirik. Orada müxalif parlament üzvlərinin növbədənkənar söz hüququ, hökumət siyasətinə alternativ qanun layihələri irəli sürmələrinə dair müddəalar yer ala bilər. Parlamentarizmin güclənməsi və demokratik idarəçiliyin möhkəmlənməsində belə hüquqi addımlar mühüm rol oynayacaqdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol