• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirlərin ailə üzvləri köçkünlər qəsəbəsində

Səfirlərin ailə üzvləri köçkünlər qəsəbəsində
11.06.2020 13:49
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, tanınmış rəssam Günay Zebicin koordinatorluğu ilə Bakının Qaradağ rayonundakı "Qobu Park-3” yaşayış kompleksində, "Xarı bülbül” Təlim və İstehsalat Birliyində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş "Biz birlikdə güclüyük! / We Are Stronger Together!” adlı tədbir keçirilib.
 
Tədbirdə, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Allesandro Frakasettinin xanımı Jasmin Frakasetti və oğlu Zachary Frakasetti, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic, xanımı Günay Zebic və uşaqları Karolina və Josip Zebic iştirak edib. Bundan başqa, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın xanımı və qızı Regina Lavkimi Bavitlung,  Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının rəhbərliyi tədbirə online formada qoşulub.  
 
Tədbir çərçivəsində Günay Zebicin "Biz birlikdə qalib gələcəyik!” adlı əsərinin təqdimatı olub. Müəllif əsəri müxtəlif milli mənsubiyyəti olan Bakı məktəblilərinin COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikirləri əsasında yaradıb. Rəssam karantin rejiminin tətbiq edildiyi dövrdə uşaqlarla virtual canlı bağlantı quraraq, onlarla pandemiyanın dünyaya mənfi təsiri, xəstəliklə mübarizədə fədakarlıq göstərən insanlar, infeksiyadan qorunmağın vacibliyi barədə söhbətlər aparıb. Söhbətlərdə məcburi köçkün ailələrdən olan yeniyetmələr də iştirak ediblər.
 
Təqdimat mərasimində Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının "Teatr” şöbəsinin əsasən məcburi köçkünlərdən ibarət müəllimləri və şagirdləri tərəfindən hazırlanmış "Xarı bülbül” tamaşasının da nümayişi olub. Bundan başqa, İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycan, ingilis və xorvat dillərində şeirlər ifa ediblər.
 
Tədbirin sonunda məktəblilərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.
 
"Qobu Park-3” yaşayış kompleksi 28 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb. Kompleksdə fəaliyyətə başlayan "Xarı bülbül” Təlim və İstehsalat Birliyi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə yaradılıb. Burada xalça, kəlağayı və zərgərlik məmulatları istehsal edilir. Qaradağ rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin işə cəlb edildiyi müəssisəsinin nəzdində, həmçinin uşaqlar üçün xalça və rəsm dərnəkləri, xarici dil kursları təşkil ediləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol