• $
  • €
  • ₽
  • ₺
  • £

“Səfirimiz öldürüldü, İran şahı kompensasiya olaraq Şimali Azərbaycanı bizə verdi” - Jirinovski

“Səfirimiz öldürüldü, İran şahı kompensasiya olaraq Şimali Azərbaycanı bizə verdi” - Jirinovski
21.07.2020 18:47
Rusiyalı siyasətçi Vladimir Jirinovski bu dəfə də sərsəm açıqlaması ilə yadda qalıb.
KONKRET.az xəbər verir ki, "Komsomolskaya Pravda” radiosunun efirində o, jurnalist Roman Qolovanova verdiyi müsahibədə ötən həftənin yekunlarına görə bir neçə aktual mövzuya, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsinə toxunub.
Aparıcısı Jirinovskidən vəziyyətin kəskinləşməsi ehtimalı barədə soruşub. LDPR lideri isə yenə də özünəməxsus tərzdə "tarixdən” sitatlar gətirib, Azərbaycan və Ermənistanın, hətta Orta Asiya ölkələrinin çıxış yolu kimi böyük bir dövlətin (Rusiyanın) tərkibində olmasının vacibliyini vurğulayıb:
"Azərbaycan Türkiyənin onu müdafiə edəcəyinə, Ermənistan isə Gümrüdəki Rusiya hərbi bazasının köməyinə inanacaq. Bu gün Tacikistanın Düşənbə yaxınlığında 201-ci baza var. Gəlin onu çıxaraq. Tacikistanın hamısı qan içində olacaq, ardınca Qırğızıstan, Özbəkistan, Cənubi Qazaxıstan, Türkmənistan. Gecə-gündüz hamının başı kəsiləcək. Buna görə ordumuz Orta Asiyada və Zaqafqaziyada yerləşir. Ordumuz nə qədər orda qalsa, Ermənistan və Tacikistanda böyük bir müharibə olmayacaq. Qarşıdurma bu yaxınlarda oldu, Tacikistan-Əfqanıstan sərhədində isə  hər gün iki və ya üç tacik sərhədçisi öldürülür. Bu barədə heç kim bilmir? Və burada ilk dəfə ölüm oldu,  bütün dünyaya səs-küy yayıldı. Tacikistanda hər gün tacik sərhədçilərini öldürürlər, hər zaman terrorçu dəstələr Əfqanıstandan soxulmağa çalışır … Salnamə.
Beləliklə, burda da bir salnamə olacaq, bir-birlərinə bir az atəş açacaqlar … Buna görə düşünsünlər. Kiçik dövlətlər tab gətirməz. Onlar böyük bir dövlətin hissəsi olmalıdırlar. Biz onları fəth etmədik, özləri çar Rusiyasının bir hissəsi olmalarını istədilər. Bakını heç kəs bizə verməyib. Səfirimiz öldürüldü və İran şahı xahiş etdi ki, Şimali Azərbaycanı götürün … Yəni Çar Rusiyasının Tehrandakı səfirinin öldürülməsi ilə əlaqədar bizə kompensasiya olaraq verdilər. Gürcüstan ayağımıza döşənib yalvarırdı, əks halda sonu gələcəkdi.
Bir hissəsi Persiyaya, bir hissəsi Türkiyəyə getdi. Bu çarın səhvi idi. Ona xəbərdarlıq edildi: Əlahəzrət, etmə … Ölkəmiz Varşavadan Port Artur şəhərinə qədər idi. Varşava haradadır? Port Artur haradadır? Bolşeviklər hər şeyi əllərindən verdilər. Və yenə də paylayırıq. Xabarovskdakı kəskinləşmənin səbəblərindən biri budur – adaların verilməsi. Tarabarovu və Bolşoy Ussuriyski çinlilərə verdik. Və orada Xabarovsk sakinlərinin yaşayış məntəqələri, bağları var idi. Yaxşı, xoşbəxt olacaqlarmı?
İnsanlar yaşayır, sonra deyirlər: yox, bu artıq rus torpağı deyil. Bəs Damansk? Yüzlərlə əsgərimiz orada öldü. Nə üçün? Buna görə də bunun sərhəd bölgələrində yaşayan vətəndaşlarımız üçün böyük əhəmiyyəti var. Orada yaşaya bilmədim. Orta Asiyanı və Qafqazı tərk etdim … Moskva daha sakit idi”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol