• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyevdə soydaşlarımız BMT-dən cavab tələb ediblər

Kiyevdə soydaşlarımız BMT-dən cavab tələb ediblər
22.07.2020 12:23
İyulun 21-də Azərbaycan diasporunun üzvləri BMT-nin Ukraynadakı nümayəndəliyinin qarşısında etiraz mitinqi keçiriblər.

Bu barədə Yeniavaz.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) və Kiyev Azərbaycanlıları Konqresinin (KAK)birgə təşkilatçılığı ilə baş tutan aksiya Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatlarına və Azərbaycan torpaqlarının indiyədək işğal altında saxlanılmasına etiraz, dövlətimizə, xalqımıza və ordumuza dəstək məqsədilə gerçəkləşdirilib.

Etiraz aksiyasında 400 nəfərdən çox şəxs iştirak edib. Onların arasında Azərbaycan diasporunun rəhbərləri və fəalları, siyasi və ictimai xadimlər, Ukrayna Ali Radasının deputatı və yerli KİV-lərin təmsilçiləri olublar.

Azərbaycanın və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan aksiyada UABD sədri Hikmət Cavadov, "Xalqın xidmətçisi" partiyasından Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko, KAK sədri Oleq Krapivin və başqaları çıxış ediblər.

Natiqlər Ermənistanın işğalçılıq siyasətini qəti şəkildə pisləyərək, Ukrayna və Azərbaycanın qarşılıqlı surətdə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini, son hərbi təxribatlar zamanı Ukrayna dövlətinin qətiyyətli mövqe sərgiləməsinin iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin nümunəsi olduğunu, dünya azərbaycanlılarının Ermənistana qarşı mübarizədə birlik və həmrəylik göstərdiklərini, qüdrətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olduğunu vurğulayıblar. Soydaşlarımız BMT kimi nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə 25 ildən çox müddət ərzində məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasınaçağırıblar.

"Biz bü uzun müddət ərzində təcavüzkar dövlətə qarşı heç bir sanksiyanın qəbul olunmadığını görürük. Biz həmçinin şahidiyik ki, BMT-nin təzyiqi ilə üzləşməyən Ermənistan hərbi təxribatlarını davam etdirir. Cəzasız qalan hər çinayətin yenisini doğurduğu barədə ədalətli deyimin düzgünlüyü göz qabağındadır", – deyə H.Cavadov bildirib.

Azərbaycan, Türkiyə və Ukraynanın dövlət bayraqlarının dalğalandığı, "Qarabağ Azərbaycandır!", "BMT-nin qətnamələri yalnız kağız parçasıdırmı?", "1993–2020-ci illər, 4 qətnamə qəbul olunub. Onların heç biri əməldə gerçəkləşdirilməyib", "BMT erməni işğalçılarına əngəl olmur!" və s. ifadələrin əks olunduğu plakatların qaldırıldığı aksiyada "Qarabağ Azərbaycandır!", "BMT: 4:0", "Azərbaycan, biz səninləyik!" şüarları səsləndirilib.

İnsidentsiz başa çatan aksiyanın sonunda qəbul edilən bəyanatın mətni və üzərində qətnamələrin nömrələri yazılmış dörd futbol topu BMT-nin nümayəndəliyinə təqdim olunub.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol