• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: “Britaniya parlamentində Ermənistan-Azərbaycan sərhəddində son hərbi əməliyyatlar müzakirə olunacaq”

Zahid Oruc: “Britaniya parlamentində Ermənistan-Azərbaycan sərhəddində son hərbi əməliyyatlar müzakirə olunacaq”
30.07.2020 10:49
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc iyulun 12-də Ermənistanın ölkəmizə qarşı törətdiyi Tovuz hərbi təxribatından dərhal sonra, dünya parlamentlərinin insan haqları komitələrinin rəsmilərinə, beynəlxalq məsələlər və s. aiddiyətli qurumlarına məktublar ünvanlayıb.

Anes.az xəbər verir ki, Komitə sədrinin 50-dən çox ölkəyə göndərdiyi məktubda Ermənistan-Azərbaycan dövlət sərhədinin şimal-qərb hissəsində başlatdığı işğalçı hücumun əsas məqsədləri, hərbi əməliyyatların Qarabağdan 250 km uzaqlıqda aparılmasının səbəbləri, düşmən ölkənin "yeni ərazilər üçün yeni müharibə" məqsədini irəli sürən yeni hərbi doktrinası, sərhədyanı kənddə yaşayan dinc sakinin qətlə yetirilməsi, mülki əhalinin ev təsərrüfatlarına dəyən dağıdıcı ziyanın miqyası, təxribatın beynəlxalq təhlükəsizlik qarantiyası altında və Avropanın enerji təchizatında etibarlı mənbələrdən olan transmilli neft-qaz kəmərlərinə və tranzit xətlərinə törətdiyi təhdidlər, erməni tərəfin cəbhədə gedən hadisələr haqda saxta xəbərləri tirajlaması və s. haqda məlumat əksini tapıb.

Böyük Britaniya (Birləşmiş Krallıq ) Parlamentinin İcmalar Palatasının İnsan Hüquqları üzrə Birgə Komitənin sədri, tanınmış ictimai-siyasi xadim, Harriet Harmanın adından, Komitə rəsmisindən edilmiş müraciətə cavab verilib. Məktubda qeyd olunur, sitat:

"Xanım Harriet Harman Komitə sədri Zahid Oruca "Ermənistanın hərbi təxribatı” ilə əlaqədar ətraflı məlumat üçün təşəkkür edir”.

Xanım H.Harman olduqca dəyərli tövsiyələr verməklə, İngiltərə parlamentinin dünyada insan hüquqları ilə bağlı mütəmadi rəylər verən Xarici İşlər Komitəsi, həmçinin, Azərbaycanla bağlı Parlament Qrupunun, parlamentin üzvü Bob Blackmanın Tovuz döyüşlərindən dərhal sonra 13 iyul 2020-ci il tarixində "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzkarlığı” ilə bağlı gündəliyə müzakirənin daxil edilməsi ilə bağlı təklifini də vurğulayıb.

Komitə sədri Zahid Oruc Böyük Britaniya Parlamentinin Birgə İnsan haqları Komitəsinin sədrinə diqqətə və operativ cavab məktubuna görə minnətdarlığını bildirib və qarşıdakı gözlənilən Parlamentin müxtəlif formatlı dinləmələrində Azərbaycan tərəfinin məsələni diqqətdə saxlayacağını qeyd edib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol