Nazir Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək

Türkiyədə səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bir neçə saat sonra həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Bunu Türkiyənin Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy deyib.
H.Aksoy bildirib ki, Türkiyənin Xarici İşlər Nazirliyində baş tutacaq təkbətək görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq, qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Mediaya qapalı görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Hər iki nazir jurnalistlərin suallarını cavablandıracaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib























