• $
  • €
  • ₽
  • ₺
  • £

"Lotu Quli" - Nadir Səlifov kimdir? - DOSYE

"Lotu Quli" - Nadir Səlifov kimdir? - DOSYE
20.08.2020 11:27
Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov qətlə yetirilib.

Bildirilir ki, o, Antalyada otellərin birində birlikdə yemək yediyi yaxın adamı tərəfindən başından güllələnib. 
Yeniavaz.com xəbər verir ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.

"Quli” gürcü dilində "ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar”) yaxın dost olub.

"Otar”ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski”yə (Rövşən Canıyev) "oğru” adı verən "Nardaranlı Mirseymur” da qətlə yetirilir ki, bunu da indiyədək "Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı "Abşeron” restoranında baş vermiş atışmada da "Quli” və "Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru”lar və kriminallar bu davada əsasən "Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan”) alıblar.

"Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində günahkar bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, "Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib. Vəkillərindən birinin "Quli”yə istinadən dediyi bir cümlə də maraqlıdır: "Məni azad etsinlər, Azərbaycanda 1 saat belə qalmaram...” 
"Quli”nin həbs müddəti azaldığı bir vaxtda qardaşı Müşfiq Səlifovu da həbs ediblər. Voleybol oyununa baxmağa gələn universitet tələbəsi Müşfiq Səlifovun üstündən rəsmi məlumata görə, "tapança tapılmışdı”. M.Səlifovun həbsindən sonra Azərbaycanın bir neçə həbsxanasında "qiyama cəhd” oldu ki, bu işdə də rəsmilər nədənsə, "Quli”ni sorumlu tuturdular.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açıldı. "Quli”yə və daha bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürüldü.

2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində "Quli” zorlama maddəsi ilə bağlı bəraət aldı. Yəni həmin maddə "Quli”yə "yapışmadı”. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verdi.

Uzun müddətdir həbsdə olan kriminal avtoritet, "Lotu Quli" 2017-ci ilin 24 oktyabr tarixində azadlığa buraxılıb.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol