• $
  • €
  • ₽
  • ₺
  • £

Tofiq Yaqublu barəsində həbs qərarı verən hakim Ramiz Mehdiyevin qardaşı oğludur – DOSYE

Tofiq Yaqublu barəsində həbs qərarı verən hakim Ramiz Mehdiyevin qardaşı oğludur – DOSYE
25.08.2020 14:51
Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham olunaraq barəsində həbs-qətimkan tədbiri seçilən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun Nizami rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarına hakim Nəriman Mehdiyev sədrlik edir.

Yeniavaz.com xəbər verir ki, mart ayının 22-də polis tərəfindən saxlanılan Tofiq Yaqublu barəsində bir gün sonra mart ayının 23-də Nizami rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyev tərəfindən həbs-qətimkan tədbiri seçilib. Bugünə kimi Nəriman Mehdiyevin sədrliyilə bir neçə dəfə Tofiq Yaqublunun məhkəmə iclası baş tutub. Sonuncu məhkəmə iclasında hakim Nəriman Mehdiyev məhkəmə iclasına 10 nəfərdən artıq şəxsin buraxılmaması barədə göstəriş verib. Nəticədə bu qərara etiraz edən Tofiq Yaqublu ilə hakim Nəriman Mehdiyev arasınada mübahisə yaranıb.

Məlumat üçün qeyd edək ki, Nizami rayon Məhkəməsinin hakim Nəriman Hüseynqulu oğlu Mehdiyev üçün Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qardaşının oğludur.

1965-ci ildə anadan olan Nəriman Mehdiyev 1995 – 2002-ci illərdə Naxçıvan MR DİN Şərur rayon Polis şöbəsinin post-patrul xidməti rotasında polis nəfəri, sahə inspektoru, əməliyyat müvəkkili və baş inspektor olaraq çalışıb. 2001-ci ildə - 36 yaşında Dövlət İdarəçilik Akademiyasının "Hüquq” fakültəsindən məzun olub. 2002 – 2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Xudat Sərhəd Dəstəsi "Yalama" SNM-də bölmə rəisi, Göytəpə Sərhəd Dəstəsi "Biləsuvar" SNM-nin rəisi vəzifələrində işləyib. 2006 – 2015-ci illərdə Dövlət Sərhəd Xidmətinin Bakı Sərhəd Nəzarəti Dəstəsinin Dəniz SNŞ-də şöbə rəisi, Sahil mühafizəsinin mərkəzi şöbəsinin rəisi olub. 2015 – 2018-ci illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük məsləhətçi, 2018 – ci ildən etibarən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifələsində çalışır.

Nəriman Mehdiyevin digər qardaşı polkovnik-leytenant Telman Mehdiyev isə Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir.

Onu da qeyd edək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci ildə Bakı şəhərində anadan olsa da, əslən Şərur rayonun Qarxun kəndindəndir. Ramiz Mehdiyev uşaqlıq illərini də Qarxun kəndində keçirib. Ramiz Mehdiyevin atası Mehdiyev Ənvər Hüseynqulu oğlu 1942-ci ildə Birinci Dünya Müharibəsi zamanı həlak olub.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol