• $
  • €
  • ₽
  • ₺
  • £

Əhəd Abıyev deputat olanda Mehdiyev haqda nə demişdi? — "Onun bir qaynı var..."

Əhəd Abıyev deputat olanda Mehdiyev haqda nə demişdi? — "Onun bir qaynı var..."
28.08.2020 18:47
Xüsusi karantin rejimi dövründə qaydalara zidd olaraq nəvəsinə toy edən və buna görə ictimai qınağa məruz qalan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev karyerası dövründə bununla üçüncü dəfədir ki, hədəfə gəlir.


Anews.az xatırladır ki, AMEA prezidenti 2013-cü ildə də çətin günlər yaşayıb. Həmin vaxt Prezident Admnistrasiyasının rəhbəri vəzifəsini daşıyan Ramiz Mehdiyev "mandat alveri”ndə ittiham edilirdi. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin "mandat alveri”nə dair yaydığı videolarda əsasən Ramiz Mehdiyevin adı hallandırılırdı. Bu videolardan sonra onun istefaya göndərilməsi, hətta həbs olunması tələb edilirdi.

2009-cu ildə isə hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Əhəd Abıyevin verdiyi açıqlamalar Ramiz Mehdiyevi gündəmin əsas personasına çevirmişdi. Əhəd Abıyev həmin vaxt deputat idi. O, Masallının mərkəzi bazarının müdiri Çingiz Həşimov və oğlu Yavər Həşimovun həbsinə etiraz edirdi. Əhəd Abıyev bildirirdi ki, Həşimovların həbsi qanunsuzdur.  

"Çingiz Həşimovla oğlu qanunsuz həbs olunub və mən buna etiraz etmişəm. Bunu isə hansısa nazirlə əlaqələndirir və həmin adamla aramıza narazılıq salmaq istəyirlər. Amma belə bir hal yoxdur. Həşimovların həbsinin əsas səbəbləri araşdırılmalıdır. Həbsin səbəbi Çingiz Həşimovun iş adamı olmasıdır. Onun mənimlə heç bir yaxınlığı yoxdur”, - deyən Əhəd Abıyev bu məsələdə Ramiz Mehdiyevin də adını hallandırırdı.

"Ramiz Mehdiyev Ali Məhkəməyə, Respublika Prokurorluğuna tapşırıb ki, Çingiz Həşimovun üzərindəki qətimkan tədbiri dəyişdirilməsin. Göstəriş verib ki, bu adamı çıxartmayın, qərar qüvvədə qalsın”. Keçmiş deputat həmin vaxt Ramiz Mehdiyevin qəbuluna düşmək istəsə də, cəhdləri səmərə verməyib. "Onun bir qaynı var adı Levondur. Oturub qəbul otağında, kimi istəyir buraxır, kimi istəyir buraxmır”, - deyə o bəyan etmişdi.

Əhəd Abıyev Ramiz Mehdiyev barədə danışarkən bəzi deputatların ondan uzaqlaşmasına da maraqlı reaksiya vermişdi: "Onlar Ramiz Mehdiyev tərəfindən təyin olunan deputatlar idi, əsl deputatlar heç vaxt məndən qaçmaz”.

Keçmiş deputatın bu açıqlamalarından sonra məsələ o həddə çatmışdı ki, Prezident İlham Əliyev işə qarışmalı olmuşdu. O zaman yayılan məlumatlarda iddia olunurdu ki, ölkə başçısının müdaxiləsindən sonra Əhəd Abıyevlə Ramiz Mehdiyev arasında "atəşkəs” elan olunub.

Əhəd Abıyevin 2010-cu il parlament seçkilərində Milli Məclisdən kənardan qalması da Ramiz Mehdiyev barəsində səsləndirdiyi bu açıqlamalardan qaynaqlandığı deyilir. (Yenisabah.az)
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol