• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda saxta içki hazırlayan şəxslər həbs olundu

Bakıda saxta içki hazırlayan şəxslər həbs olundu
08.09.2020 16:09
Ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
 
Bu barədə Anews.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Qida təhlükəsizliyi sahəsində şəffaflığın, effektiv nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
 
Həyata keçirilən belə tədbirlərin davamı kimi, Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində vəfat etmələri faktları ilə bağlı cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.
 
Cinayət işi üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələrinin təmin olunması məqsədilə peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış, o cümlədən təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
 
İstintaqla hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Səlim Seyidovun icarəyə götürdüyü paytaxtın Nizami rayonu ərazisində yerləşən «Siqaretlər» adlı marketdə əhaliyə ərzaq məhsullarının pərakəndə satışını həyata keçirərkən müvafiq qaydada dövlət qeydiyyatına alınmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vüsal Müseyibzadə və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərlə cinayət əlaqəsinə girib əlbir olmaqla əhaliyə göstərilən xidmət sahəsi üzrə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək daha çox qazanc əldə etmək məqsədilə daha az maya dəyərinə malik, istehlak üçün yararsız, eyni markalı əsil içkilərlə müqayisədə bazar dəyərindən dəfələrlə ucuz və pis keyfiyyətli saxta spirtli içkiləri alıb orijinal məhsul kimi baha qiymətə satışını təşkil etməklə  istehlakçı fiziki şəxslərin, o cümlədən Mustafa Mustafayev və Yusif Hüseynovun təhlükəsiz yaşamaq hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin ölkədə əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması sahəsində qanunlarla və normativ hüquqi aktlarla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilmişdir.
 
İş üzrə Səlim Seyidov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Vüsal Müseyibzadə Cinayət Məcəlləsinin 200.4 və 32.5, 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
 
Cinayət işindən həbsdə olan təqsirləndirilən şəxslər Səlim Seyidovun və Vüsal Müseyibzadənin təqsirləndirilmələrinə dair cinayət işi ayrılaraq ibtidai istintaq yekunlaşdırılmışdır. 
 
31.08.2020-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol